"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

iDARə RəiSi NiYə DöVLəT VERGi XiDMəTiNiN AçIQLAMASIYLA TANIş DEYIL

--2022-02-01 / 18:33

Bir məsələyə iki fərqli münasibət?

iDARə RəiSi NiYə DÖVLəT VERGi XiDMəTiNiN AÇIQLAMASIYLA TANIş DEYIL

Bu günlərdə Dövlət Vergi Xidmətinin (DVX) yerlərdəki bəzi əməkdaşlarının anlaşılmaz cavabları, habelə yerlərdəki “izahedici” söhbətləri bələdiyyələr arasında az müddət ərzində müəyyən gərginliyin yaranmasına səbəb olub.        

Xidmətin 195 saylı “Çağrı mərkəzi”nə ard-arda edilən zənglərdən sonra xidmət əməkdaşları öz açıqlamalarına düzəliş edərək, gərginliyi aradan qaldırmış oldu.

Noyabrın 12-bələdiyyələrin DSMF borclarıyla bağlı DVX rəisinin adına ünvanladığım müraciətimə iki ay yarım ərzində cavab almamağmdan narazı qalsamda, bu dəfəki müraciətimə cavabın qısa müddətdə verilməsindən, açıq etiraf edim ki, məmnun qaldım.

Düşünürəm ki, 195 Çağrı mərkəzinin operativliyi xidmətin digər sahələrinə də təşviq edilməlidir.

Üstəlik rəsmi media orqanlarında açıqlamalar verməklə DVX məsələyə nöqtə qoymuş oldu.

Ancaq təəssüf ki, xidmətin yerlərdəki bəzi əməkdaşları xidmətin rəsmi internet resurslarında yayılan məlumatları belə oxumur və diqqət yetirmir. əgər oxumuş olsaydılar bələdiyyələrə aşağıdakı məzmunda məktub göndərməzdilər.

Demək, Dövlət Vergi Xidmətinin 4 saylı ərazi Vergilər idarəsinin rəisi, baş vergi xidməti müşaviri Zaur Mənsimlinin imzasıyla bələdiyyələrə ünvanlanan məktubun ilk iki abzasında qeyd edilir:

“Məlumat üçün bildiririk ki, Vergi məcəlləsinə edilmiş dəyişikliyə əsasən bu məcəllənin 197.1.1 maddəsində nəzərdə tutulan hal istisna olmaqla fizki şəxslərdən əmlak vergisi və 217.6 maddəsinə əsasən yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergsi 01.01.2022-ci ildən etibarən dövlət büdcəsinə köçürülür.

Xatırladırıq ki, Vergi məcəlləsinə edilmiş dəyişiklikdən əvvəl fiziki şəxslərin əmlak vergisi və yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi onların yerləşdiyi ərazidəki bələdiyyələrin büdcəsinə ödənilirdi…”

Məktubda yazılanları olduğu kimi qeyd etdik.

idarə rəisinin bu məktubu deməliyəm yenidən gərginliyin yaranmasına səbəb olmaqla, bələdiyyələr arasında “gərginliyin ikinci dalğasını yaymış” oldu. Hər halda idarə rəisi imza atdığı sənədin hüquqi tərəfinə diqqət yetirməli idi. Bir yalnışlıq, həm də vergi ödəyiciləri arasında da gərginliyin yaranmasına səbəb olacağını idarə rəisi ən azı bilməliydi.

Heç olmasa xidmətin internet resursuna baxmış olsaydı hörmətli rəis görərdi ki, “Dövlət Vergi Xidmətindən AZəRTAC-a bildirilib ki, mövcud vergi qanunvericiliyinə əsasən, fiziki şəxslər öz mülkiyyətində olan daşınmaz əmlaklara görə əmlak vergisini Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada hesablayıb bələdiyyə büdcəsinə ödəyirlər.”

Hər halda bizim məqsədimiz yaşadığımız hüquqi dövlətdə hər bir addımın, hər bir ifadə edilən fikrin qanuna söykənməsinə çalışmaqdır.

Düşünürəm ki, xidmətin əməkdaşları onlara ünvanlanan hər suala və yə sorğuya vaxtında və operativ cavab verməklə hər hansı gərginliyin yaranmasına yox, əksinə xidmətin əhali arasında olan nüfuzunun artmasına çalışacaqlar.

Vüqar Tofiqli

ŞƏRHLƏR