"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

idarəçilik Akademiyasında bələdiyyə sədrlərinə növbəti dəfə sertifikatlar təqdim edildi

--2015-12-04 / 13:34

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının Rəhbər kadrların fasiləsiz təhsili mərkəzi “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursunun növbəti  buraxılışının dərsləri bəşa çatıb.

Yekun təqdimatda iştirak edən ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin baş məsləhəçisi Qədir Xəlilov “Yerli özünüidarəetmə üzrə Avropa Xartiyasinin əsas prinsipləri” mövzusunda məruzə ilə çıxış edərək, sonda kursun iştirakçılarına  öz təklif və  tövsiyyələrini  verib.

Mərkəz təmsilçisinin sözlərinə  görə, bələdiyyə sədrləri fəaliyyətlərində tam demokratik prinsipləri önə çəkməli və Avropa təcrübəsini öyrənməklə fəaliyyətlərində yerli mühitə uyğun şəkildə istifadə etməsi məqsədə uyğun hesab edilə bilər.

Tədbirdə çıxış edən bələdiyyə sədrləri bu tipli kürsların onların gələcək fəaliyyətinə müsbət təsir edəcəyini xüsusiylə vurğuladılar.

Sonda kursu uğurla bitirən müdavimlərə sertifikatlar verildi.

Qeyd edək kursda Ağdam,  Ağcabədi, Ağdaş Ağstafa, Ağsu, Astara, Balakən, Beyləqan,  Biləsuvar və   Bərdə rayonlarından olan  30 bələdiyyə  sədri iştirak edib.

Belediyye.info

ŞƏRHLƏR