Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının Rəhbər kadrların fasiləsiz təhsili mərkəzi “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursunun növbəti buraxılışının dərsləri bəşa çatıb.
Yekun təqdimatda iştirak edən ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə kursun iştirakçıları olan bələdiyəyə sədrlərinə öz təklif və tövsiyyələrini verib, mərkəzdə bələdiyyələrin fəaliyyəti üçün vacib olan onlarca metodik tövsiyyələrin hazırlandığını qeyd edib.
Mərkəz rəsinin sözlərinə görə, bələdiyyə sədrləri seçicilərin ümidlərini öz fəaliyyəttləriylə doğrultmalıdırlar:
“Cənab prezident ilham əlieyvin bu günlərdə Nazirlər Kabinetinin iclasında söylədiyi kimi hər bir məmur vətəndaşın xidmətində layiqincə dayanmalı və üzərilərinə götürdüyü məsuliyyət yükünü dərk etməlidirlər. Çalıçamalsınız ki, vətəndaşlar bələdiyyələrdən narazı qalmasın. şəffaflıq prinsiplərini qorumalı və ictiamiyyətə daim açıq olmalısınız. Bunula yanaşı fəaliyyətiniz KiV yayılmasına diqqətli olmalısıniz”.
Tədbirdə çıxış edən bələdiyyə sədrləri bu tipli kürsların onların gələcək fəaliyyətinə müsbət təsir edəcəyini xüsusiylə vurğulamışlar.
Sonda kursu uğurla bitirən müdavimlərə sertifikatlar verilmişdir.
Qeyd edək kursda Ağdam, Bərdə, Naxçıvan, Beyləqan, Zakatala rayonlarından olan 30 bələdiyyə sədri iştirak edib.
Belediyye.info
|
|
|
|
|
|
|
|