Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçilik Akademiyasının Rəhbər kadrların fasiləsiz təhsili mərkəzi “Bələdiyyə idarəçiliyinin aktual problemləri” istiqamətinin ixtisasartırma növü üzrə əlavə təhsil kursunun cari ildə sonuncu buraxılışı başa çatıb.
Yekun təqdimatda iştirak edən ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə çıxış edərək bələdiyyə sədrlərinə öz təklif və tövsiyyələrini verib.
Mərkəz rəisinin sözlərinə görə, 2016-cı ildə bələdiyyə sədrlərinin fəaliyyətində diqqətli olmaları, israfçılığa yol verməmələri və Avropa təcrübəsini öyrənməklə fəaliyyətlərində yerli mühitə uyğun şəkildə istifadə etmələri tövsiyyə edilib.
Tədbirdə çıxış edən bələdiyyə sədrləri bu tipli kürsların onların gələcək fəaliyyətinə müsbət təsir edəcəyini xüsusiylə vurğulayıblar.
Sonda kursu uğurla bitirən müdavimlərə sertifikatlar verildi.
Qeyd edək kursda Qaradağ, Göyçay, Xaçmaz, Xızı, Daşkəsən, Füzuli, Göygöl, şabran rayonlarından olan 30 bələdiyyə sədri iştirak edib.
Belediyye.info
|
|
|
|
|
|