Azərbaycan Respublikası Prezidenti yanında Dövlət idarəçiliyi Akademiyasının Rəhbər Dövlət kadrlarının ixtisasının artırılması institutunda “Bələdiyyə idarəçiliyinın aktual problemləri” istiqamıtinin ixtisas artırma növü üzrə əlavə təhsil kursunun yekun məşğələsi keçirlimişdir.
Tədbirdə ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin rəisi Mehdi Səlimzadə “Bələdiyyələrin inkişaf strategiyasının hazırlanması və reallaşdırılmasında sosial tərəfdaşlıq sisteminin rolu və əhəmiyyəti” mövzusunda məruzəylə çıxış edib.
Mehdi Səlimzadə çıxışında ölkə bələdiyyələrinin cənab prezident ilham əliyevin iradlarından nəticə çıxarmalı olduğunu bildirərək, onların fəaliyyətində hələ də ciddi problemlərin olduğunu qeyd edərək, gələcəkdə bu kimi hallların təkrar olunmaması üçün bütün məsələlərin qanun çərçivəsində həll edilməsini vacib sayıb. Bələdiyyələrlə iş Mərkəzi tərəfindən artıq carı ilin beş ayı ərzində 20-ə yaxın bələdiyyə sədrinin fəaliyyətində cinayət tərkibli işlər olduğundan respublika prokurorluğuna göndərilmişdir.
Bu gün bələdiyyələr tərəfindən hər bir qəbul edilmiş qərarın Mərkəzə göndərilməsinin təmin edilməsi, habelə verilən tövsiyyələrdən nəticə çıxarılması yerli özünidarəetmə orqanın əsas vəzifəsi olmalıdır. inanıram ki, bu gün qanunvericilik qaydasında mərkəzin metodik tövsiyyələrinə riayət edən hər bir bələdiyyə öz seçicilərinin layiqli qiymətini alacaqdır.
Ciddi fikir mübadiləsi şəraitində keçən təqdimatda Dövlət idarəçiliyi Akademiyasının Rəhbər Dövlət kadrlarının ixtisasının artırılması institutunun əməkdaşlarının iştirakıyla müdavimlərə sertifikatlar təqdim edilib.
Qeyd edək ki, beş gün davam edən kursda müdavimlərə Milli Məclisin Regional Məsələlər Komitəsinin sədri Arif Rəhimzadə, MM üzvü Tahir Rzayev, ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinin əməkdaşları tərəfindən müxtəlif mövzularda məruzlərə oxumuşlar.
Xatırladaq ki, kursu ölkənin on rayonundan 30 bələdiyyə sədri uğurla bitirib.