17 noyabr 2019-cu il tarixdə - Milli Dirçəliş günündə ismayıllı rayonunun Kürdmaşı kəndində ulu öndər Heydər əliyevin anım günü şərəfinə dekabr ayının 7-də keçiriləcək beynəlxalq cüdo yarışına hazırlıq çərçivəsində ismayıllı, Ağsu, Qəbələ, şamaxı, Qobustan rayonları və Bakı şəhərinin cüdoçuları arasında açıq birincilik keçirilib.
Tədbirin keçirilməsi təşəbbüsünə ilk dəstəyi Rayon Icra Hakimiyyətinin başçısı Mirdaməd Sadiqov dan gəlib. ismayıllı Rayon Gənclər və idman idarəsi, ismayıllı Olimpiya-idman Kompleksi mümkün imkanları səfərbər olunub.
Cüdo üzrə açıq birinciliyin kənddə keçirilməsi yerlərdə idmanın inkişafına maraq və dəstək kimi qiymətləndirmək olar. Tədbirdə Rayon Gənclər və idman idarəsinin rəisi Taleh Salehov, ismayıllı Olimpiya-idman Kompleksinin müdiri Anar Həsənov, digər rayonlardan dəvət olunmuş məşqçilər və hakimlər iştirak edib.
Birinciliyin kənd yerində keçirilməsinə baxmayaraq, Bakı şəhərinin, Qəbələ, Qobustan, Ağsu, şamaxı və ismayıllı rayonlarının təmsilçisi olan idmançıların tədbirdə iştirakı üçün hər cür lazımi şərait yaradılıb.
Tədbir təşkilatçılari Kürdmaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə və kəndin bələdiyyəsi olub. Tədbir yüksək səviyyədə keçib. Qonaqlar çay və naharla təmin olunublar. Tədbirdə digər vacib tələblər – sabitlik və sağlamlıq aidiyyəti müəssisələr tərəfindən həyata keçirilib.
Keçirilən idman yarışı eyni zamanda, Prezidentə dəstək aksiyası çərçivəsində müəyyənləşdirilmiş silsilə tədbirlərdən biridir. Sevinirik ki, Prezidentimiz inkişafda olan ölkəmizi digər üstün cəhətləri ilə yanaşı, dünyada həm də güclü idman ölkəsi kimi tanıtmışdır.
Bir daha xatırladaq ki, sözügedən birinciliyin qalibləri dekabr ayının 7-də, Sumqayıt şəhərində ulu öndər Heydər əliyevin anım günü şərəfinə keçiriləcək beynəlxalq yarışa vəsiqə qazanıblar.
ismayıllı rayonunun Kürdmaşı bələdiyyəsi
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|
|