sorğu
Binəqədi rayonunun qəsəbə və mikrorayonlarında hər il olduğu kimi bu il də Ramazan ayında iftar süfrələri təşkil edilir.
Belə iftar süfrələrindən biri Biləcəri bələdiyyəsi və “Xırman” MMC tərəfindən Biləcəri ərazisində məskunlaşmış imtiyazlı şəxslər, qaçqınlar və məcburi köçkünlər üçün təşkil edilmişdir. Bu barədə məlumatı Binəqədi rayon Biləcəri bələdiyyəsi yayıb.
Mərasimdə Binəqədi Rayon icra Hakimiyyəti başçısının müavini Vüsar ismayılov, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya əliyev, Biləcəri Bələdiyyəsinin sədri Hikmət Quliyev və “Xirman” MMC-nin əməkdaşları iştirak etmişlər.
ALLAH BÜTÜN ORUC Və DUALARI QəBUL ETSIN!
Belediyye.info