"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

igid ölər adı qalar

--2019-07-05 / 06:12

Torpaqlarımızın azadlığı, müstəqilliyi uğrunda şəhid olanların xatirəsini əbədiləşdirməyin özü Vətənə böyük xidmətdir.

Vaxtı ilə Mərdəkan qəsəbəsindəki 183 nömrəli məktəbdə təhsil almış Hüseynov Zaur Hüseynağa oğlu da Mərdəkan qəsəbəsinin şəhid övladıdır. O hərbi xidmətini Azərbaycanın sərt iqlimi olan Murovdağda, “N” saylı hərbi hissədə əlinə silah alıb vətənin keşiyində dayanmışdı. Onun xidmətinin artıq birinci ili arxada qalmışdı. Hərbi hissənin komandiri onun zirəkliyini, məsuliyyətini nəzərə alıb, təsərrüfat tağımına göndərmişdi. Təbiətin şıltağlığı, qar, çovğun Zauru heç də qorxutmurdu. O, növbəti dəfə soyuq, qarlı səngərlərdə keşik çəkən əsgər yoldaşlarına çörək və ərzaq apararkən qarlı, çovğunlu havada istiqaməti itirir və qarla örtülü dərin uçuruma yuvarlanır. Onun harayına çatan olmadığından, öz hərbi xidmətini yerinə yetirərkən həlak olur. 2009-cu ildə isə ona “şəhid” statusu verilmişdir.

şəhidin valideynləri bələdiyyəyə müraciət edərək övladının vaxtı ilə yaşadığı küçəyə onun “Xatirə lövhəsi”nin vurulmasını xahiş etmişlər. Həmin küçədə təmizlik,abadlıq işləri aparılmış və şəhidin xatirəsini əbədiləşdirmək üçün “Xatirə lövhəsi” hazırlanıb vurulmuşdur.

Bizim mənəvi və insani borcumuzdur ki, igid övladlarımızın adları gənc nəslin yaddaşlarında əbədi yaşasın.

 

                                                                Xəzər rayon Mərdəkan bələdiyyəsi

 

 

 

 

ŞƏRHLƏR