Türk Düynası Bələdiyyələr Birliyi yeni kitabı təqdim edib
Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) yaydığı məlumata görə, TDBB daha bir akademik nəşrə imza atıb. insanlıq tarixinin ən böyük döyüşlərindən biri olan və 6 il ərzində üç qitədə davam edən II Dünya Müharibəsinin Türk Dünyası üzərindəki təsirlərini və əks olunmalarını araşdıran "II Dünya müharibəsi və Türk Dünyası "adlı akademik nəşr oxucuların diqqətinə çatdırılıb.
Məlumatda bildirilir ki, TDBB tərəfindən nəşr həyatına qazandırılan "II Dünya müharibəsi və Türk Dünyası" kitabının nəşrində əsas məqsəd türk xalqlarının döyüşdəki yerini, döyüşlərə qatqısı və bu döyüşdən necə təsirləndiyini dair müstəqil bir iş kimi geniş oxucu kütləsinə çatdırmaqdır.
Akademik nəşrdə Avropadan Çinə qədər uzanan geniş coğrafiyada yaşayan bütün Türk xalqlarının II Dünya Müharibəsi ilə əlaqəsini təhlil edən 20 məqalə yer alıb.
Kitabın redaktorluğu isə Nesrin Sarıahmetoğlu və ilyas Kemaloğlu tərəfindən edilib.
A4 formatında olan 383 səhifədən ibarət olan bu həcmli kitab, mövzuyla əlaqədar araşdırmaçılara lazım olmaqla , elmi mənbə baxımından əhəmiyyətli bir boşluğu dolduracaq.
Belediyye.info
|
|
|
|