Xəbər verildiyi kimi, Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyası ilə noyabrın 7-də Türkiyənin Çukurova Bələdiyyələr Birliyi arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb.
Səmimi dostluq şəraitində keçən imzalanma mərasimini Azərbaycan şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyasının əlaqələndiricisi Tofiq Həsənov açıb.
T.Həsənov Diasporla iş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəvəti ilə ölkəmizdə səfərdə olan Türkiyənin Çukurova Bələdiyyələr Birliyinə üzv olan bələdiyyə rəhbərlərindən ibarət nümayəndə heyəti Bakıda səfərdə olduğu müddətdə Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinqə səfərindən danışıb və bu səfərin mühüm əhəmiyyət kəsb etdiyi bildirib.
Toplantıda Azərbaycan şəhər Bələdiyyələri Milli Assosiasiyasının və Nərimanov bələdiyyəsinin sədri Təmraz Tağıyev genişməzmunlu çıxış edərək iki qardaş ölkənin bələdiyyələri arasında əlaqələrdən danışaraq, assosiasiyanın son aylarda milli assosiasiyanın beynəlxalq əlaqələrinin daha inamlı şəklildə inkişaf etdiyini qeyd edib.
O, bu günlərdə Türk Dünyası Bələdiyyələr Birliyi idarə Heyətinin iclasında iştirak etdiyini və idarə heyətinə üzv seçildiyini qeyd edib.
T.Tağıyev: "Bu günkü imzlanma törəni də Ulu öndər Heydər əliyevin “Bir millət iki dövlət” sözünə əyani bir sübutdur. “Ulu Öndər Heydər əliyevin Azərbaycanın müstəqilliyinin qorunması, güclənməsi, ölkənin Türkiyə ilə münasibətlərinin inkişafı və digər sahələrdəki misilsiz xidmətləri Azərbaycanda olduğu kimi qardaş ölkədə də ehtiramla qeyd edilir”
T.Tağıyev bundan sonra Türkiyə bələdiyyələrilə daha sıx əlaqələr qurulacağını və bu işdə assosiasiyanın da öz yeri və sözü olacağına əmin oldugunu bildlrib.
Mersin Böyükşəhər Bələdiyyə sədri Burhanettin Kocamazın imzalanma mərasimində çıxışı maraqla qarşılanıb.
Çıxışında bələdiyyə sədri Bakının Xətai rayonu ilə “Qardaşlıq əlaqələri”nin olduğunu bildirib.
Azərbaycanla Türkiyə arasındakı qardaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi vurğulayan bələdiyyə sədri görüşdə yerli hakimiyyət orqanları arasındakı əməkdaşlığın bu münasibətlərin inkişafına mühüm tövhə verdiyi bildirib:”Bakının Xətai rayonu ilə Mersinin Tarsus rayonu arasındakı qardaşlaşmış şəhərlər formatı çərçivəsindəki əməkdaşlıqda artıq xoş ənənəyə çevrilib. Məhz bu əməkdaşlıq nəticəsində 1 il əvvəl əsaslı yenidənqurma işlərindən sonra istifadəyə verilən Tarsusdakı Heydər əliyev Parkı yerli sakinlərin uşaqdan böyüyə qədər bütün təbəqələrinin sevimli istirahət mərkəzinə çevrilib”
Çukurova Bələdiyyələr Birliyinin başçısı Hüseyn Sözlü imzalanma mərasimində çıxışında niyyət protokolunda nəzərdə tutulan işlərin tezliklə həyata keçiriləcəyini xüsusiylə vurgulayıb.
Qeyd edək ki, Azərbaycan şəhər Bələdiyyələri Milli Asosiasiyasının Türkiyə ilə yanaşı Baltikyanı respublikaları və Rusiyanın müvafiq qurumları ilə beynəlxalq əlaqələri mövcuddur.
Tədbirdə Diasporla iş üzrə Dövlət Komitəsinin sədr müavini V.Hacıyev, Yasamal, Binəqədi, Nəsimi, Nizami, Səbail və Xətai bələdiyyəsinin sədrləri iştirak ediblər.
imzalanma mərasimindən fotoları təqdim edirik:
Belediyye.info