"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ilham əliyev jurnalistlər üçün yeni binanın tikintisinə 5 milyon manat ayırdı

--2017-07-19 / 17:54

Azərbaycan prezidenti ilham əliyev kütləvi kütləvi informasiya vasitələri əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

 Modern.az xəbər verir ki, sərəncamda deyilir:

 1. Azərbaycanın kütləvi informasiya vasitələri əməkdaşlarının mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün növbəti yaşayış evinin tikintisi iləbağlı Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi informasiya Vasitələrinin inkişafına Dövlət Dəstəyi Fonduna ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.

 2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

Modern.az

ŞƏRHLƏR