"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ilham əliyev yeni idarə yaratdı

--2016-01-15 / 18:08

Azərbaycan prezidenti ilham əliyev Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi idarəsinin və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar idarəsinin bəzi məsələləri haqqında fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi idarəsi və Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar idarəsi birləşdirilərək, onların əsasında Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar idarəsi yaradılıb.

Müəyyən edilib ki, Bakı şəhərindəki Dövlət Bayrağı Meydanı Kompleksinin vəziyyəti, fəaliyyəti, perspektiv inkişafı və mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə dövlət nəzarəti, Kompleksin fəaliyyətinin təmin olunması, habelə Kompleksə dair proqnozlaşdırma və planlaşdırma işlərinin təşkili və kompleksin perspektiv inkişafının təmin olunması Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar idarəsi tərəfindən həyata keçirilir; Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi idarəsinin vəzifə və hüquqları, habelə istifadəsində olan dövlət əmlakı Nazirlər Kabineti yanında Dənizkənarı Bulvar idarəsinə verilir.

Virtualaz.org

http://virtualaz.org/bugun/61531

ŞƏRHLƏR