Azərbaycan Respublikasının dördünücü prezidenti ilham əliyev 2003-cü ildən Azərbaycanın Prezidentidir.2003-cü ildən o, uzun illərdir Qafqazada baş verən Dağlıq Qarabağ münaqişəsinin yalnız sülh yolu ilə həll olunmasının tərəfdarı olub. 17 illik prezidentliyi ərzində münaqişənin həlli və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı bütün sülh danışıqlarında iştirak edib.Bu problemin sülh yolunda həllində bütün səylərini əsirgəməyib.
1992-1993-cü illərdə Ermənistanın işğalı nəticəsində öz yurd- yuvalarından didərgin salınmış azərbaycanlı qaçqın və məcburi köçkünlərin sosial rifahının təmin edilməsiylə bağlı müstəqil Azərbaycan tarixində ilkə səbəb olan bir sıra uğurlu sosial addımlar atıb.Bu fəaliyyət uzun illərdir Azərbaycanın BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına verdiyi hesabatlarda da öz əksini tapır.2016-cı ildə münaqişənin yenidən alovlanmasından sonra atəşkəsin əldə olunması, yenidən sülh danışıqlarına başlanılması, bölgədə çoxsaylı tələfatların qarşısının alınmasında da, ilham əliyevin gərgin əməyi və bölgədə sülhün təmin olunması istiqamətində səyləri olub.
Çoxmillətli ölkə olan Azərbaycana rəhbərlik etdiyi illərdə ilham əliyev burada yaşayan azsaylı xalqlar olan Talışlar, Ləzgilər, Avarlar, Tatlar, Yəhudilər, Udinlər və digər xalqların hüquq, azadlıq və dini inanclarının təmin olunmasında böyük dəstəyi olmuşdur. Belə ki, məhz onun prezidentlik dönəmində minlərlə məscid, kilsə və sinaqoqlar təmir olunmuş, dağılmaq təhlükəsi olanlar isə yenisi ilə əvəz olunmuşdur.Azərbaycanın 28 ildir ki, qonşu Ermənistan ilə müharibə şəraitində olmasına baxmayaraq ilham əliyev bir prezident kimi Azərbaycanda yaşayan ermənilərin də, Azərbaycan vətəndaşları kimi digər vətəndaşlarla bərabər hüquq və azadlıqlara sahib olmağının təminatçısı olmuşdur.əgər nəzərə alsaq ki, Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanlılara qarşı etnik təmizləmə aparıb, ilham əliyevin bu cür tolerant fəaliyyəti həm onun, həm də rəhbərlik etdiyi ölkənin multikulturalizm , çoxmillətlilik ,bərabər hüquqlu yaşam ənənələrinə sadiqliyindəki uğurudur.Onun prezidentlik müddətində ölkədə dilindən, dinindən və irqindən asılı olmayaraq heç kim təqiblərə məruz qalmayıb və ölkədəki müxtəlif xalqlar, cəmiyyətlər, dini qruplar arasında heç bir toqquşmalar baş verməyib.Bu faktı dünya təşkilatlarının Azərbaycanla bağlı hesabatlarında da tapmaq olar.
2020-ci ildə Ermənistan hərbi-siyasi rəhbərliyinin iyulda Azərbaycanın Tovuz istiqamətindəki ərazilərinə hücumunun qarşısı da, məhz ilham əliyevin Ali Baş Komandanlığı ilə alınmışdır.Nəzərə alsaq ki, bölgədə Ermənistanın yeni işğalı baş versəydi, bu etnik təmizləmələr fonunda yeni münaqişələrin başlanğıcı ola bilərdi.ilham əliyev 2020-ci il Sentyabrın 24-də BMT Baş Asmmbleyasının 75-ci sessiyasındakı çıxışı zamanı regionda sülhə və təhlükəsizliyə mane olan amillər barəsində fikirlərini bildirib.O öz çıxışında qeyd etdi ki, Ermənistan yeni işğala və müharibəyə hazırlaşır. Təcavüzkar ölkə dayandırılmalı və bölgədə sülh təmin olunmalıdır.Lakin onun xoş niyyətinə və sülh çağırışlarına baxmayaraq 27 Sentyabrda Ermənistan hərbi-siyasi rəhbərliyi Azərbaycan ərazisinə hücum etdi və bu da bölgədə yeni müharibənin başlamasına səbəb oldu.
44 günlük müharibə müddətində Azərbaycan işğalda olan ərazilərinin böyük bir hissəsini işğaldan azad etdi. Bu müddətdə Azərbaycan Prezidenti ilham əliyev Azərbaycanın işğal edilmiş ərazilərində yaşayan etnik ermənilərə və Azərbaycanın erməni vətəndaşlarına çağrışlar edərək, onları Ermənistan hərbi və siyasi rəhbərliyinin müharibədə iştirak çağırışlarından uzaq durmağa çağırdı.Bu müddətdə olan bəyanatlarında və xarici jurnalistlərə verdiyi müsahibələrdə ilham əliyev bildirdi ki, bizim Erməni xalqı ilə heç bir problemimiz yoxdur.10 Noyabr 2020-ci ildə Ermənistan Baş naziri və Rusiya Prezidenti ilə imzaladığı bəyanat da Azərbaycan Prezidenti ilham əliyevin sülhməramlı fəaliyyətinin ən bariz göstəricisidir.Bəyanatın birinci bəndində Qarabağdakı hərbi əməliyyatların tam dayandırılması elan olundu. Bununla da siyasi və sülh danışıqlarının başlanmasına təkan verildi. Bu fakt ilham əliyevin bölgədə yürütdüyü 17 illik sülh danışıqlarının davamına ən bariz sübutdur.Bəyanatın ikinci bəndində Ağdam rayonunun Azərbaycana qaytarılması qeyd olunur.Bu isə ilham əliyevin uzun illər BMT qətnamələrinin(Ermənistan qoşunlarının qeyri-şərtsiz olaraq Azərbaycan torpaqlarından çıxarılması) icrasının həllinə doğru yönəlmiş uğurlu siyasi fəaliyyətinin göstəricisidir və Azərbaycan hərbi –siyasi rəhbərliyinin müharibədəki uğurlarının nəticəsidir.3-cü bənddə münaqişə bölgəsinə Rusiya sülhməramlılarının yerləşdirilməsi qeyd olunur. Bu da bir daha ilham əliyevin bölgədə sülhün tərəfdarı olmasını göstərir.Bəyəmnamənin 5-ci bəndində Qarabağda Atəşkəsə Nəzarət Mərkəzinin yaradılması nəzərdə tutulur. Bu müddəanın həyata keçməsi bölgədə yeni toqquşmaların yaranmasının qarşısını alacaq. Bu da ilham əliyevin xüsusilə sülhün uzunmüddətli olması və bölgədə toqquşmaların,tələfatların baş verməməsinə doğru yönəkmiş səylərinin göstəricisidir.6cı bənddə Azərbaycanın işğal olunmuş Kəlbəcər və Laçın rayonları geri qaytarılır.Laçın dəhlizində rus sülhmərəmlılarının yerləşir və onların nəzarəti altında Azərbaycan tərəfi Ermənistandan Qarabağa doğru erməni mülki vətəndaşların yük və nəqliyyat vasitələrinin hərəkatına zəmanət verir.
Bu da ölkə başçımızın bölgədə və xalqlar arsında təhlükəsizliyin bərqərar olmasına doğru atdığı addımdır.7ci bənddə Daxili qaçqınlar və məcburi köçkünlərin Qarabağ ərazisinə və ətraf rayonlara BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Ofisinin nəzarəti altında qayıtması qeyd olunur . Bu bəndə imza atmaqla ilham əliyevin ölkə prezidenti kimi BMT Ali Qrumunun bütün hüquq və öhtəliklərinə əməl etməsinin göstəricisidir və Beynəlxalq hüquqi təşkilatlara olan inamını, hörmətini əks etdirir.Həmçinin Azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmasını təmin etməklə bir daha humanist və ədalətli bir prezident olduğunu ortaya qoyur.8-ci müddəa hərbi əsir və girovların dəyişdirilməsi ilə bağlıdır.
ilham əliyev müharibə zamanı öz müsahibələrindən birində bildirdi ki, Azərbaycan torpaqlarında həlak olan erməni əsgərlərinin meyidlərinin tələf olmaması üçün onlar soyuducularda saxlanılır və qarşı tərəfə təhvil veriləcək.Bu onun beynəlmiləl səviyyədə humanist,insani dəyərlərə qarşı kifayət qədər həssas bir lider olduğunun göstəricisidir.9-cu müddəa bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpa edilməsi ilə bağlıdır.Bu müddəda qeyd olunur ki, Naxçıvan Muxtar Respublikası və Azərbaycanın qərb rayonları arasında nəqliyat xəttləri çəkiləcək və Ermənistan da bu mövzuda tam təhlükəsizliyə zəmanət verəcək.Bu müddəanın reallaşması bölgədə maddi vəziyyətin yaxşılaşmasına quru nəqliyyatı vasitəsi ilə uzun illər blokada şəraitində olan Naxçıvanın blokadadan azadlığına təminat verəcək və təhlükəsiz şəkildə insanların yaxınlaşmasına bölgələrarası əlaqələrin güclənməsinə gətirib çıxaracaqdır.
Nobel sülh mükafatı dünyada sülh və əminamanlıq uğrunda əmək sərf etmiş, mübarizə aparmış şəxslərə və təşkilatlara təqdim edilir. Yuxarıda sadaladığım xüsusiyyətlərinə görə ilham əliyev Qafqaz regionundakı xalqlar arsında sülhün bərqərar olunması, regionda çoxillik rifahın , əminamanlığın yaradılması və çoxillik münaqişəyə son qoyulmasındakı humanist fəaliyyətinə görə bu mükafata ən real və ən layiqli namizəddir.
Leyla şah (əsədullayeva)
Qaradağ rayonu Korgöz bələdiyyəsinin üzvü
