Prezident ilham əliyevin sədrliyi ilə Lənkəranda çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi keçirilib.
Dövlət başçısı müşavirəni giriş nitqi ilə açdı.
Sonra Lənkəran şəhər icra Hakimiyyətinin başçısı Taleh Qaraşov, “Astaraçay” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Tələt Məmmədov, Masallı Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, “Cənub-Aqro” Məhdud Məsuliyyətli Cəmiyyətinin aqronomu Fərman Abdullayev, Ağdaş Rayon icra Hakimiyyətinin başçısı Tofiq ibrahimov, “Gilan Orchards” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Vaqif Süleymanov və Astara Rayon icra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış etdilər.
Prezident ilham əliyev müşavirədə yekun nitqi söylədi.
Daha sonra Prezident ilham əliyev müşavirə çərçivəsində təşkil edilmiş sərgi ilə tanış oldu.
iqtisadiyyat naziri şahin Mustafayev sərgi barədə dövlət başçısına məlumat verdi. Bildirildi ki, burada yerli çay və çəltik əkini və emalı, sitrus meyvələrinin, meyvə-tərəvəzin yetişdirilməsi və arıçılıq ilə məşğul olan sahibkarlıq subyektləri məhsullarını nümayiş etdirirlər. Ümumilikdə, sərgidə çayçılıq, çəltikçilik, sitrus meyvəçilik və arıçılıq üzrə 13 yerli müəssisənin 100-dən çox çeşiddə məhsulu nümayiş olunur.
Prezident ilham əliyevə Azərbaycanda çayçılığın mövcud vəziyyəti və inkişaf perspektivləri barədə də məlumat verildi.