Belediyye.infonun sullarını Xəzər rayon şüvəlan bələdiyyəsinin sədri ilham islamov cavablandırır
- Xəzər rayonu şüvəlan bələdiyəsində vətəndaş qəbulları necə təşkil edilir?
- Bələdiyyəmizə müraciər edən hər bir vətəndaş qəbul olunur, bələdiyyə rəsmiləri tərəfindən dinlənilir, qaldırılan məsələ müzakirə edilir və həllini tapır.
- Oxucularımıza bələdiyyə sədrinin qəbul vaxtını deyə bilərsiniz?
- I-IV günlər saat 1000-dan 1500-dək bələdiyyə sədrinin qədul günləridir.
- Bu istiqamətdə sizin bələdiyyəniz hansı yeniliyi edib və ya etməyi nəzərdə tutur
- əsas yeniliyimiz ondadır ki, vətəndaşın vəziyyəti ilə əlaqədar onun ünvanına gedib, qaldırdığı məsələni vətəndaş bələdiyyə gəlmədən yerindəcə həllinə çalışırıq.
- 2016-cı ildə bələdiyyə sədri və bələdiyyənin digər rəsmiləri neçə nəfəri qəbul edib, sakinlərin qaldırdığı məsələlər öz həllini necə tapıb?
- 2016-cı ildə bələdiyyə sədrinin qəbulunda-17 nəfər olub, onları narahat edən əsas məsələ artıq həyətyanı torpaq sahələrinin və sənədsiz torpaq sahələrinin sənədləşdirilməsi olub.
- Bəs vətəndaş qəbullarının qeydiyyyı aparılırmı?
- Bəli hər bir vətəndaş qəbulunun qeydiyyatı aparılır. Qəbula gələn hər kəs bu barədə məlumatlandırılır.
- Son olaraq öyrənmək istərdik ki, bələdiyyənizə edilən müraciət və şikayətlər bələdiyyə iclasında müzakirə edilirmi, bu istiqamətdə təhlil və təsnifatlaşdırma aparılıbmı?
- Qısa şəkildə deyim ki, əsas məsələlər bələdiyyə iclasında müzakirəyə qoyulur, təhlil edilir
Belediyye.info