"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ilham ismayılov Mingəçevir bələdiyyəsinin üzvləri ilə görüşüb

--2018-12-25 / 07:25

Mingəçevir şəhərinə yeni təyin olunmuş icra Hakimiyyətinin başçısı ilham ismayılov bələdiyyə üzvləri ilə görüşüb. Bu barədə məlumatı Mingəçevir bələdiyyəsi yayıb.

Mingəçevir bələdiyyəsinin inzibati binasında keçirilən görüşdə, ilham ismayılov ölkə Prezidentinin Mingəçevirlə bağlı fikirlərini, onun qarşısında qoyduğu vəzifələri dilə gətirdi və bildirdi ki, artıq bir neçə layihənin icrasına başlanılıb. Başçı park və bağların, küçə və və məhəllələrin abadlaşdırılma işlərinin daha sürətlə davam etdiriləcəyini dedi və bu işlərin görülməsində bələdiyyənində yaxından iştirakının vacibliyini tövsiyə edib.

ilham ismayılov eyni zamanda şəhərimizdə məşğulluq probleminin həllinə yönələn layihələrdən - Sənaye Parkında yeni fabrikin, “Azərxalça”nın müəsisəsinin tikilməsi və başqa obyektlərin açılması barədə məlumat verib.

Bələdiyyə sədri Coşqun Abdullayev başçının Mingəçevir bələdiyyəsinə gələrək bələdiyyə üzvləri ilə görüşməsini yüksək qiymətləndirib və bələdiyyənin həyata keçiriləcək layihələrdə, xüsusən “Nümunəvi məhəllə” layihəsində öz töhfəsinin verəcəyini bildirib.

Bələdiyyə üzvləri Zahid Qasımlı, Mircəmil Hacıyev, əli əliyev, Sahib Hüseynov və Nəbi şəhərdə görülən işlər barədə təkliflərini verərək, heç bir işdə kənarda qalmayacaqlarını, icra Hakimiyyəti ilə qarşılıqlı əlaqədə işləyəcəklərini bildiriblər.

Belediyye.info

ŞƏRHLƏR