“Azərbaycanda Yerli Demokratiya Həftəsi” çərçivəsində “Yerli demokratiyanın inkişafı naminə vətəndaşların iştirakı,maarifləndirilməsi və öhdəlikləri”şüarı altında Biləcəri qəsəbəsi, N.Həşimi küç. 2 ünvanında yerləşən xeyir-şər evində “Bələdiyyə-vətəndaş yaxınlığı zamanın tələbidir” mövzusunda Biləcəri bələdiyyəsinin sədri ilham Xəlilov sakinlərlə səyyar görüş keçirib. Bu barədə məlumatı Binəqədi rayon Biləcəri bələdiyyəsi yayıb.
Keçirilən görüşdə Biləcəri bələdiyyəsinin sədr müavini Samirə Həsənova və icraçı katib L.Mədətova iştirak edirdilər.
Görüşü Biləcəri bələdiyyəsinin sədri ilham Xəlilov açaraq qəsəbədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən danışıb.
Daha sonra bələdiyyə sədri ilham Xəlilov sakinlərlə canlı təmasda olmuş, sakinlər tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində bələdiyyənin məsul şəxslərinə müvafiq tapşırıqlarını verib.
Belediyye.info