ilin altı ayı uğurla başa çatdı
Müsahibimiz şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradovdur
Ümummilli lider Heydər əliyevn siyasi kursunun davamçısı cənab ilham əliyev prezident və Ali Baş Komandan kimi 2020-ci ili Azərbaycanın tarixinə qızıl hərflərlə yazdı. O, Azərbaycanın müstəqil dövlət kimi güclənməsi, milli maraqlara söykənən müstəqil siyasət yürütməsini təmin edərək onu Cənubi Qafqazın ən güclü dövlətinə, dünyada söz sahibinə çevirdi.
Zəfərlə yola saldıqımız 2020-ci il hər bir Azərbaycanlının qəlbini qürur hissi ilə doldurur. Onlardan biridə şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradovdur. Ömrünün uzun illərini şəhərin quruculuq işlərinə həsr edib. şirvanın ictimai həyatında da, fəal iştirak edən ziyallılardandır. O, düşüncələrini bizimlə bölüşdü.
Azərbaycan 2020-ci ilin sınaqlarından Zəfərlə çıxdı. Mənfur düşmənin ayaqları altında illərdir inləyən torpaqlarımızda, dağıdılıb talan edilən yaşayış məntəqələrimizdə Azərbaycan bayrağı yüksəldi. Azərbaycan xalqı üçün geridə qalan 2020-ci ilin ən böyük hadisəsi ərazi bütövlüyümüzün bərpası oldu. Sentyabrın 27-də başlanan 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusu təcavüzkar Ermənistanı məğlub edərək işğal siyasətinə son qoydu. Bu savaş Müzəffər Ali Baş Komandan ilham əliyevin şərtləri ilə düşmənin Kapitulyasiyası ilə başa çatdı.
Kürdoğlu Muradov bildirdi ki, bütün bunlar bizim qəlbimizi qürur hissi ilə doldurur. Odur ki, hər kəsi öz növbəsindən, çalışdığı sahədə daha inamla işləməyə, şəhəriminin sosial-iqtisadi inkişafına tövhə verməyə səsləyir. Onu da qeyd edim ki, ötən müddət ərzində şirvanda icra Hakimiyyətinin başçısı ilqar Abbasovun rəhbərliyi ilə pandemiyaya qarşı ardıcıl olaraq çox ciddi kütləvi tədbirlər, dezinfeksiya işləri aparılıb və eyni zamanda genişmiqyaslı quruculuq və abadlıq işləri davam etdirilib. Eyni zamanda şəhid ailələri Vətən Müharibəsi qazilərinin problemləri də öz həllini tapır. şirvan Bələdiyyəsi də bu tədbirlərdən kənarda qalmayıb icra Hakimiyyəti ilə əlbir işləyərək pandemiyaya qarşı mübarizədə öz köməyini əsirgəməyib. Belə ki, ötən müddət ərzində az təminatlı, imkansız ailələrə bələdiyyə öz imkanı daxilindı maddi köməkliklər göstərib. Bütün bununla yanaşı şəhidlər xiyabanında arxa giriş hissəsində ki, hasar, su hovuzu, gümbəz, köhnə rənglərdən təmizlənərək yenidən rənglənib. Bələdiyyənin yaşıllıq sahəsindədə xeyli işlər görülüb, kanallar təmizlənib, ağaclara aqrotexniki qulluq edilib. şəhidlər xiyabanında hasarların suvanması üçün qum və çınqıl materialları ilə inşaatçılar təmin olunub, Vətən muharibəsi qazisi Heydərov Ramil Muğbil oğluna maddi köməklik göstərilib və tikinti materialları ilə təmin olunub. şəhər sakini Sünbülə əliyevaya tikinti materialları ilə köməklik edilib eyni zamanda şəhid gizir Xəlilov Namiq ilyas oğlunun və Məmmədli Cavid Natiq oğlunun xatirə kompleksinin tikintisinə inşaat materialları verilib. şəhid ailəsi Vüsal ismayılova şəhər sakini Validə şıxəliyevaya, şahin Abbasova , Nərminə Alışovaya , Qarabağ əlili Cavanşir Cəfərova və Qarabağ əlili Amil Məmmədova maddi köməklik edilmişdir. şəhərin S.Zeynalov küçəsi 2 saylı binanın qarşısında tikilməkdə olan Xeyir şər yerinin dam örtüyünün düzəldilməsi üçün xüsusi fermalar quraşdırılaraq qoyulmuşdur. Hazırda isə S.Zeynalov küçəsi 17 saylı binanın qarşısında Mənəfli əli əflan oğlunun xatirə lövhəsi düzəldilməsi üçün işlər yekunlaşdırılır.
şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov söhbətinə davam etdirərək bildirdi ki, hər il olduğu kimi, ötən aylarda da, Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrindən qanunsuz istifadə olunmasına qarşı da, mübarizə aparılmışdır. Belə , ki keçmiş əmlak Komitəsi yanında Dövlət Reyster Xidmətinin ərazi idarəsinin Mülkiyyət Hüquqlarının Qeydiyyatı üzrə verilmiş sənədlər əsasında yaşadıqları həyətlərdən Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələrindən faktiki qanunsuz istifadə edən xeyli şəhər sakini müəyyənləşdirilmiş onlarla qanunvericiliyin tələbləribnə müvafiq maarifləndirmə işləri aparılmış, şəhər sakinlərinə isə sənədləşmə ilə bağlı rəsmi xəbərdarlıq məktubları göndərilmişdir. Görülmüş tədbirlərin və aparlmış qanuna-müvafiq izahatların nəticəsi olaraq vətəndaşlar faktiki istifadələrində olan Bələdiyyə mülkiyyətinə məxsus torpaqların sənədləşdirilməsi ilə bağlı şirvan Bələdiyyəsinə ərizə və müvafiq sənədlər təqdim etməyə başlamışlar.
Bələdiyyə mülkiyyətinə məxsus torpaq sahələri barədə aylıq, rüblük və illik hesabatlar , o cümlədən Bələdiyyənin ehtiyyat fondu, Perspektiv inkişaf fondu, ümumi istifadədə olan torpaq sahələri, kənd təsərrüfatına az yararlı və yararsız torpaqlar, özgəninkiləşdirilmiş və ya icarəyə verilmiş torpaq sahələri barədə məlumatları və torpağın növlərinə uyğun istifadə vəziyyətini özündə əks etdirən cədvəl forması hazırlanaraq torpaqların elektron uçot sisteminə daxil edilməsi üçün müvafiq orqanlara təqdim olunmuşdur. Bələdiyyə mülkiyyətində olan torpaq ehtiyyatlarından düzgün, təyinatına uyğun istifadə edilməsi, torpaq sahələrinin münbitliyi, ekoloji şəraitin yaxşılaşdırılması, onun zəbt olunması hallarına qarşı tədbirlərin gücləndirilməsi bu sahədə nöqsanların aradan qaldırılması və təkrarlanmaması üçün tərəfimizdən daimi reydlər keçirilir və şəhər əhalisi arasında maarifləndirmə işləri aparılır.
şirvan Bələdiyyəsinin sədri Kürdoğlu Muradov müsahibəsində bildirdi ki, bələdiyyənin fəaliyyətində şəffaflığın təmin olunmasına xüsusi əhəmiyyət veririk. Beləki kütləvi informasiya vasitələrində Bələdiyyənin fəaliyyəti haqqında vaxtaşırı məlumatlar dərc olunur. Seçicilərimiz Bələdiyyənin gördüyü işlərlə yaxından tanış olurlar.
Rasim Nəhmədov
Xüsusi olaraq Belediyye.info üçün