"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

ilin ən fəal bələdiyyəsi müəyyən edilib

--2015-12-22 / 10:59

“Bələdiyyələrin fəaliyyətinin təbliği” ictimai Birliyi Bakı şəhərində formalaşan 52 bələdiyyənin ictimai fəallığı ilə bağlı araşdırma aparıb. Araşdırmada ekspert qrupu  üçün əsas meyar bələdiyyələrdə informasiya açıqlığının təmin edilməsi,  bələdiyyələrin hər bir fəaliyyətinin ictimaiyyətə çatdırılma səviyyəsi, bələdiyyə-media münasibətlərinin səviyyəsi məsələsinə diqqət yetirilib. Bununla yanaşı bələdiyyələrin sosial şəbəkələrdə, həmçinin Belediyye.info  internet resursunda və “Bələdiyyə həyatı” qəzetində işıqlandırılması səviyyəsi də ümumi rəydə  nəzərə alınıb.

Yekun olaraq ictimai birliyin ekspert qrupu  ən aktiv və passiv bələdiyyəni müəyyən edə biliblər.

Qeyd edək ki, araşdırmann əsas məqsədi bələdiyyələrin fəaliyyətinə ictimai diqqətin artırılmasına,habelə bələdiyyələrdə informasiya açıqlığına, onların ictimaiyyət qarşısında hesabatlılığının təmin edilməsinə nail olmaqdır.

Yekun rəyə görə, Bakıda formalaşan bələdiyyələrin hər biri müyyən mənada az və ya şox sayda layihələr həyata keçirə biliblər. Lakin bu işlərin ictimai təqdimatı bəzi bələdiyyələrdə lazımı səviyyədə aparılmır və ya bu  işə etinasız yanaşılır. Bəzən bələdiyyə sədrləri və ya bələdiyyənin icra aparatının işçiləri bu məsələni diqqətdən kənarda saxlamaları da təəssüf hissi doğurur.

Beləliklə Nəsimi, A.A.Bakıxanov, M.ə Rəsulzadə, Binəqədi qəsəbə, Mərdəkan, Binə, Lökbatan,  Binəqədi, Nərimanov və Qaraçuxur bələdiyyələri 2015-ci ilin yekunlarına görə “2015-Ci iLiN əN FəAL BəLəDIYYəSi” seçiliblər.

Səbail, Nizami,  Biləcəri, Müşfiqabad, Yasamal, ələt, Türkan, əhmədli, Zığ, Ramanı “2015-Ci iLiN FəAL BəLəDIYYəSI” sırasındadırlar.

Pirallahı bələdiyyələri, Buzovna, Bibiheybət və Zirə bələdiyyəsi ictimai əlaqələrin qurulmasında və hesabatlılığın təmin edilməsində passivlik göstərən bələdiyyələr sırasında olublar.    

Belediyye.info

ŞƏRHLƏR