şirvan bələdiyyəsinin sədri Kürdoğlu Muradovla söhbətimiz 2022 -ci ilin yekunları və 2023 -cü ildə qarşıda duran vəzifələrə həsr olunub.
-Kürdoğlu müəllim artıq 2022-ci il başa çatır Bir neçə gündən sonra tarixə çevriləcək Rəhbərlik etdiyiniz şirvan Bələdiyyəsi 2022 -ci ili necə yola salır Xahiş edirik fikirlərinizi bölüşəsiniz.
- Bəli bir neçə gündən sonra 2022- ci il tarixə qovuşacaq Belə bir vaxtda istər istəməz insan bir anlıq xəyalən ötən günlərə nəzər salır Öz özünə hesabat verir 2022 -ci ildə yadda qalan hadisələr çox olub ən önəmlisi isə ölkəmizdəki sabitlik və dövlət başçısının uğurlu daxili və xarici siyasəti olub Bələdiyyə həyatında isə onu deyə bilərəm ki Bizim bələdiyyənin nümayəndə heyəti bu il Qardaş Türkiyədə Ankarada Etimiskut bələdiyyəsinin dəvəti ilə Türkdilli xalqların mədəniyyət sənət və adət ənənələrinin nümayiş olunduğu Uluslararası festivalında iştirakı olub.
Həmin toplantıda şirvan icra Hakimiyyətinin rəhbərliyinin göstərişi ilə şəhərin rəhbər şəxslərindən də iştirak edənlər var idi. Biz oradan xoş xatirələrlə qayıtdıq
-Kürdoğlu müəllim xahiş edirik bir az da bələdiyyənin fəaliyyəti haqında ?
-şirvan bələdiyyəsi bu il əsas diqqəti şəhid ailələrinin, qazilərin, bütünlükdə vətən müharibəsi istirakçılarının problemlərinin həllinə yönəldib. Çoxlu sayda faktlar sadalaya bilərəm. Bir neçəsini diqqətinizə çatdırmaq istəyirəm.Belə ki, Bələdiyyənin maddi vəsaiti hesabına bu il şəhid Tahir Bağırovun, Namiq Xəlilovun, Cavid Məmmədlinin, Elçin əliyevin, Asif Qəribovun, Mahir Mirzəyevin xatirə komplekslərin hazırlanmasına köməklik göstərmişdir. Eyni zamanda vətən müharibəsi şəhidi Manaflı əli əflan oğlu, Qəribov Asif Səxavət oğlu, Xankişiyev Zaur Rasət oğlu, Tağıyev Malik Sadıq oğlu, Atakişiyev Fadil Adil oğlu və Nihat Rəhimlinin baralyefləri hazırlanıb aidiyati yerlərə vurulmuşdur.
şəhid atası Alışanov Seyfəddin Seyfulla oğlunun müraciətini nəzərə alıb, oğlu Alişanlı Amal Seyfəddin oğlunun xatirə komleksinin tikintisi üçün maddi köməklik göstərmişdir. şəhər sakini imanov Ağasafa Heydər oğlu, şəhid ailəsi Qarayeva Mahirə Məhərrəm qızı, şəhid ailəsi əliyev əliqardaş əşurəli oğlu, şəhər sakini Babayev Namiq Namus oğluna, vətən müharibəsinin qazisi Energetik küçəsi 3/14 D 82-də qeydiyyatda olan vəfat etmiş əzizzadə Cəlal əmənulla oğlunun hüzr mərasiminə, Hacıqəhramanlı sakini şəhid atası ərəbli Rafiqin hüzr məclisinə maddi köməklik göstərilmiş , şəhər sakini əliyev Elçin Xanlar oğluna 2022-ci il iyun ayından 2022-ci illin sonuna qədər hər ay 50 manat maddi köməklik edilməsi nəzərdə tutulmuşdur. şəhid ailəsi Sevda əliyevaya da maddi köməklik edilmişdir.
ilin əvvəlindən bəri şirvan Bələdiyyəsi şəhərin S.Zeynalov küçəsindəki 2 nömrəli binanın qarşısında tikilən xeyirşər yerinin dam örtüyü üçün ferma quraşdırıb. Yenə həmin küçədə 17 saylı binanın qarşısında şəhid Mənəfli əli əflan oğlunun xatirəsini əbədləşdirmək üçün xatirə kompleksi hazırlanmışdır.
Bütün bununla yanaşı şəhidlər xiyabanında arxa giriş hissəsində ki, hasar, su hovuzu, gümbəz, köhnə rənglərdən təmizlənərək yenidən rənglənib. Bələdiyyənin yaşıllıq sahəsindədə xeyli işlər görülüb, kanallar təmizlənib, ağaclara aqrotexniki qulluq edilib. şəhərin L.ibrahimov küçəsi 14 saylı binanın qarşısındakı M.ə.Rəzulzadə 17, 17/1, 17/2 saylı binaların qarşısıdakı, T.ismayılov küçəsi 2,5,11A, və 15 saylı binaların qarşısındakı məhələlərdə təmir və abadlıq işləri aparılmışdır.
Bundan əlavə şirvanda şəhidlərin il mərasimlərinin keçirilməsində çadırların quraşdırılması bələdiyyə tərəfindən həyata keçirilmişdir.
şirvan Bələdiyyəsi 2022-ci ildə şəhərin quruculuq və abadlıq işlərində də fəal iştirak etmişdir. Belə ki, şəhərin M.Füzuli adına mədəniyyət və istirahət parkında mini futbol meydançası tikmiş, parkın ərazisində hasarların suvaq olunması və rənglənməsi işlərini bələdiyyənin imkanları hesabına başa çatdırılmışdır. şəhərin istiqlaliyyət küçəsinin bir hissəsinə yaşıl qazon ot örtüyü döşəmişdir. şəhərin T.ismayılov küçəsi 11A və 15 saylı binalarının həyitindəki nümunəvi məhələlərdə salınmış parkın ərazisində əsaslı təmir və abadlıq işləri aparılmışdır. 23 - cü yaşayış massivində yerləşən F.X.Xoyski küçəsində yaşayan sakinlərin müraciətini nəzərə alaraq yol və keçid düzəldilərək onların istifadəsinə vermişdir.
-Cənab sədr biz bilirik ki bu yaxınlarda _ dekabrın 19 da Azərbaycan şəhər Bələdiyyələrinin Milli Assosiasiya şirvan şəhərində illik hesabat yığıncağı keçirilib və Siz Assosiasiyanın idarə heyətinə yenidən üzv seçilmisiniz. Bu münasibətlə Sizi təbrik edir yeni ildə sizə daha böyük uğurlar arzulayırıq. Keçirilən tədbir gələcəkdə bələdiyyənin fəaliyyətində nə kimi rol oynayacaq?
-Onu deyim ki hesabat yığıncağında geniş müzakirələr oldu Bələdiyyə həyatı ilə bağlı dərin geniş təhlillər aparıldı Respublikamızda bələdiyyələrin problemləri və uğurları qabardıldı. Eyni zamanda gələcəkdə qarslda duran vəzifələr müəyyənləşdirildi Fikrimcə bu tədbir tək bizim üçün yox bütün ölkə həyatl üçün mühüm onəm dasıyır Təbii ki biz gələcəkdə bu istiqamətdə öz işimizi qurmalıyıq
RASiM NəHMəDOV
Xüsusi olaraq Belediyye.info üçün