Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin sədri ixdiyar Nəcəfov Suraxanı rayon icra Hakimiyyətinin başçısı ilqar Abbasov tərəfindən rayonda aparılan abadlıq-quruculuq işlərində fəal iştirakına görə 19.04.2018-ci il 51 saylı Sərancamı ilə “Fəxri Fərman”la təltif edilib. Bu gün Suraxanı RiH-də 2018-ci ilin 1 rübünün yekunlarına həsr edilən hesabat yığıncağında icra başçsı ilqar Abbasov “Fəxri Fərman”ı bələdiyyə sədrinə təqdim edərək, öz arzularını çatıdırıb və bələdiyyə sədrinə öz təklif və tövsiyələrini verib.
Qeyd edək ki, Qaraçuxur Bələdiyyəsi Suraxanı rayonunda formalaşan 6 bələdiyyə arasında ən fəal bələdiyyə hesab olunur.
Son iki il ərzində bələdiyyə qəsəbədə bir sıra ciddi layihələrin icrasına imza atıb. Bununla yanaşı hesabat yığıncağında vurğulandığı kimi, RiH tərəfindən həyata keçirilən layihələrə Qaraçuxur bələdiyyəsi də öz töhvəsini verib.
Belediyye.info
|
|
|
|
|
|