sorğu
Suraxanı rayon icra Hakimiyyətinin başçısı ilqar Abbasovun Qaraçuxur qəsəbəsi, Yeni Günəşli “D” yaşayış sahəsi 27 saylı binanın həyətində və əmircan qəsəbəsi, Malik Mustafayev küçəsi 16 ünvanda sakinlərlə növbəti səyyar görüşü olmuşdur.
Görüşdə bələdiyyə sədrləri və dövlət orqanlarının yerli idarələrinin və xidmət sahələrinin rəhbərləri iştirak etmişdir.
Görüşlərdə çıxış edən sakinlər görülən işləri yüksək qiymətləndirmiş, eyni zamanda, mövcud problemlərə toxunmuşlar.
Rayon rəhbərliyi sakinləri diqqətlə dinləmiş, qeyd olunan nöqsan və çatışmazlıqların aradan qaldırılması üçün əlaqədar müəssisə və təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir.
Belediyye.info
|
|
|
|