"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

imişili regional ədliyyə idarəsi Saatlı şəhərində seminar keçirib

--2017-09-13 / 15:03

ədliyyə Nazirliyinin imişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə13.09.2017-ci il tarixdə Saatlı şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib. Belediyye.infoya məlumat  regional ədliyyə idarəsindən daxil olub.

Seminarda çıxış edən imişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə iş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Həmçinin imişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov və idarənin əməkdaşı Ruslan ismayılov “Bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir, bələdiyyə aktlarının qəbulu və icrası,bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, Nağdsız hesablaşmalar və onların məqsədi, bələdiyyə qulluğu, bələdiyyə quluğuna qəbulun xüsusiyyətləri, bələdiyyə torpaqlarının idarə olunmasının əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri və dini radikalizmə və dini ekstrimizimə qarşı mübarizədə bələdiyyələrin rolu qanunçuluğun təmin edilməsi mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Seminarda imişli regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Belediyye.info

ŞƏRHLƏR