sorğu
Belediyye.infoya daxil olan məlumata görə, imişli bələdiyyəsində sədr dəyişikliyi baş verib. Bələdiyyə iclasının gündəliyinə təşkilat məsələsi salınaraq təsdiq edilib.
Sədr iftixar əliyevin istefası müzakirələrdən sonra təsdiq edilib. Bələdiyyə iclasının qərarıyla Mehman ismayılov bələdiyyə sədri seçilib.
Yeni seçilmiş sədr M.ismayılov məlumatı təsdiq edərək Belediyye.infoya bildirib ki, bələdiyyənin qarşısında duran əsas məsələ yerli vergilərin yığımını artırmaq və sakinlərin qarşılaşdığı problemlərin həllini sürətləndirməkdir.
Qeyd edək ki, Mehman ismayılov dörd çağırış bələdiyyə üzvü seçilib.
Xatırladaq ki, imişli bələdiyyəsinin 15 nəfər üzvü vardır.
Belediyye.info