2021-ci ildə imişli Bələdiyyəsinə 528 müraciət daxil olmuşdur. Bundan 84 müraciət həyətyanı torpaq alqı-satqısı üçün, 26 müraciət maddi durumlarının ağır olduğu üçün yardımla bağlı, 6 -i təhlükə yaradan ağaclar barədə digər müraciətlər isə müxtəlif qurumlar və orqanlardan daxil olan ərizələrdir. Bu müraciətlərə əsasən həyətyanı torpaq alqı-satqısı üçün lazımı sənədlər hazırlanaraq aidiyyəti təşkilatlara göndərilmişdir, 35 nəfərə maddi durumlarının ağır olduğu üçün Bələdiyyənin ümumi iclasının qərarı ilə maddi yaradımlar verilmişdir. Digər daxil olan ərizələrə isə qanuna müvafiq olaraq tədbirlər görülmüşdür.
imişli Bələdiyyəsinin 01 yanvar 2021-ci il tarixə 375 manat sərbəst pul qalığı qalmış və 2021-cı il ərzində Dotasiya daxil olmaqla 75.441 manat gəliri olmuşdur.
GəLiRLəR:
- Torpaq vergisindən – 12990 manat
- əmlak vergisindən –17451 manat
- Torpaq icarə haqqı – 4685manat
- Avtoduracaq rüsumundan – 58 manat
- Həyətyanı torpaq satışından – 30244 manat
- Dövlət dotasiyası – 10000 manat
- Mehmanxana rüsumu – 313 manat
XəRCLəR:
- əmək haqqı 39406 manat
- Bank xərci – 2067 manat
- Rabitə xərci – 400 manat
- Enerji xərci – 480 manat
- Dizel yanacağı – 200 manat
- Dəftərxana ləvazimatı – 500 manat
- DSMF-na – 7589 manat
- Tibbi sığorta – 93 manat
- Abunə haqqı – 265manat
- Maddi yardım –1840 manat
- Abadlıq işləri – 46 manat
- Tikinti rəyi – 400 manat
- Torpaq alqı-satqısı- 18830 manat
- Səhvən ödənilən vəsait geri qaytarılır – 440 manat
- Yol təmiri- 1560 manat
- Assosasiya üzvlük haqqı – 300 manat
- Auditor xidməti – 1000 manat
- Digər xərclər – 237 manat
01.01.2021-ci ilə 375 manat sərbəst pul qalığı qalmışdır. imişli Bələdiyyəsi tərəfindən 2021-ci ildə imişli şəhəri H.əliyev prospekti dalan 1-də yerləşən küçənin gediş-gəliş yolu qum-çınqılla bərpa olunmuş, şəhərin bir neçə küçəsində təmizlik işləri aparılmış, şəhərin H.əliyev prosektində ağaclar əhənglə ağardılmış, şəhər ərazisində qurumuş ağaclar götürülmüş və yerində həmişəyaşıl ağaclar əkilmiş və H.əliyev prospektinin sol tərəfində yerləşən Sabir parkında yenidən qurma və abadlaşdırma işləri aparılmış, pandemiya ilə əlaqədar yas mərazimlərində reydlər aparılmışdır.
Bundan başqa II-ci Qarabağ müharibəsində şəhid olmuş əzizli Sabir Hikmət oğlunun adına salınmış su bulağının açılışına maddi köməklik göstərilmiş, şəhid ailələrinə, qazilərə və maddi köməkliyə ehtiyacı olan ailələrə bələdiyyə büdcəsindən maddi köməklik edilmişdir.
Bələdiyyəmiz tərəfindən daha çox vergi və rüsumlar toplamaq olardı. Lakin iri vergi ödəyicilərinə, karxanalara bələdiyyəmizə olan vergi və rüsumlara dair borcları barədə çoxsaylı bildirişlər verməyimizə baxmayaraq onlar bələdiyyəyə olan vergi və rüsum borclarını ödəməkdən imtina edirlər. Buna baxmayaraq 2022-ci ildə bütün işçiləri səfərbər edib var qüvvəmizlə çalışacağıq ki, vergi və rüsumların vaxtında toplanılmasını təmin edək.
Mehman ismayılov
imişli Bələdiyyəsinin
sədri