Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların, xüsusilə Vətən müharibəsi iştirakçılarının və şəhid ailələrinin qayğılarına həssaslıqla yanaşması ilə bağlı tapşırıqlarına uyğun olaraq ədliyyə Nazirliyinin rəhbərliyi ilə razılaşdırılmış qrafik üzrə imişli regional ədliyyə idarəsinin rəisi isgəndər Orucov aprel ayının 20-də ədliyyə, o cümlədən bələdiyyə fəaliyyəti ilə bağlı Beyləqan rayonunda vətəndaşların qəbulunu keçirmişdir.
Qəbulda iştirak edən vətəndaşlar diqqətlə dinlənilib və ünvanlan müraciətlərə baxılaraq qaldırılan bir məsələnin yerindəcə həlli ilə bağlı tədbirlər görülüb, digər müraciətlər üzrə isə qəbulda iştirak edən regional idarənin və yerli ədliyyə qurumunun məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar ədliyyə Nazirliyinin rəhbərliyinə təşəkkürlərini ifadə etmişlər.
Yerlərdə qəbulların keçirilməsi mütəmadi olaraq davam etdiriləcəkdir.
imişli regional ədliyyə idarəsi