"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

imişli regional ədliyyə idarəsi ağacəkmə aksiyası keçirib

--2023-03-16 / 05:58

Bildiyimiz kimi ölkə başçısı, Ali baş komandan cənab ilham əliyevin 29.09.2022-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər əliyev ili” elan edilmişdir. Bununla bağlı ölkə ərazisində mütəmadi tədbirlər təşkil edilməklə dahi şəxsiyyətin xatirəsinə dərin ehtiram nümayiş etdirilməkdədir.

Ümumilli liderin bizə əmanət qoyduğu dövləti əbədi yaşatmaq, onun ruhuna dərin ehtiramı göstərmək məqsədilə ədliyyə Nazirliyinin bütün struktur qurumlarında, eləcə də imişli regional ədliyyə idarəsində silsilə tədbirlər keçirilir.

Bu tədbirlərin bir hissəsi kimi “Heydər əliyev ili” çərçivəsində regional idarənin inzibati binası ətrafında ağacəkmə və abadlıq işləri görülmüşdür. Bu aksiyada əsas məqsədin ölkədə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük əhəmiyyət vermiş Ulu öndər Heydər əliyevin əziz xatirəsini yad etmək, ümummilli liderin yaşıllaşdırma ənənələri irsini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarət olub.

Dahi şəxsiyyətin əsasını qoyduğu ekoloji siyasət hazırda onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

Sonda çay süfrəsi təşkil edilmişdir.

 ədliyyə Nazirliyinin  imişli regional ədliyyə idarəsi

ŞƏRHLƏR