imişli regional ədliyyə idarəsi və Füzuli rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı əsasında 11 oktyabr 2018-ci il tarixdə Füzuli rayonu Horadiz şəhər 3 nömrəli tam orta məktəbdə "Azərbaycan ədliyyəsinin tarixi" mövzusunda növbəti maarifləndirmə kursu keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Füzuli rayon icra və probasiya şöbəsinin rəisi Yəhya Məmmədov bu tədbirin orta məktəbdə müəllim və şagird kollektivi ilə keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirdi.
Y.Məmmədov daha sonra Azərbaycan ədliyyəsinin bü günə kimi keçdiyi keşməkeşli tarixi, həmçinin ədliyyə sahəsində göstərilən elektron xidmətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
***
Daha bir tədbir isə Saatılı rayonunda keçirilib. imişli regional ədliyyə idarəsinin əməkdaşları ilkin Savalan və Xəzər Qabillinin iştirakı ilə imişli regional ədliyyə idarəsi və Saatlı rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı əsasında Saatlı şəhər Səməd Vurğun adına 1 nömrəli orta məktəbdə 10 və 11-ci sinif şagirdləri üçün “Azərbaycan ədliyyəsinin 100 illiyi” mövzusunda növbəti maarifləndirmə kursu keçirilmişdir. Tədbirdə məktəbin direktor müavini əlimuxtar əhmədov və 44 nəfər şagird heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan imişli regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi i.Savalan Azərbaycan ədliyyəsinin bü günə kimi keçdiyi keşməkeşli tarixi, imişli regional ədliyyə idarəsinin fəaliyyət istiqamətləri, ədliyyə qulluğuna qəbulla bağlı prosedur qaydaları, həmçinin ədliyyə sahəsində göstərilən elektron xidmətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Sonda şagirdlər Orxan Heydərov, Nahid Hüseynov, Nəzirə Məmmədova, Cəmil əliyev, Fərid Qasımzadə, Günel Qəhrəmanova və digərlərini maraqlandıran suallar cavablandırılıb.
Belediyye.info
|
|
|