imişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Beyləqan rayonu Heydər əliyev Mərkəzində Regional idarənin rəisi isgəndər Orucovun, idarə əməkdaşının, habelə Beyləqan icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən Azər Quliyevin və Beyləqan rayonu üzrə 33 nəfər bələdiyyə üzvünun iştirakı ilə pandemiya qaydalarına uyğun olaraq bələdiyyələrin mariflandirilməsi istiqamətində növbəti seminar tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Regional idarənin rəisi i.Orucov çıxış edərək bildirdi ki, pandemiya ilə əlaqədar iclaslar virtual qaydada keçirilir. Lakin buna baxmayaraq bu gün tərəfimizdən bələdiyyə fəaliyyətinə daha yaxından köməklik göstərilməsi üçün ənəvi qaydada növbəti seminar tədbiri təşkil edilmişdir. ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci il “şuşa ili” elan edilməsi ilə bağlı məsələyə toxunulmuşdur. Sərəncamdan irəli gələrək bu məsələnin bələdiyyə iclaslarında müzakirə edilməsi və sakinlər arasında bununla bağlı tədbirlərin keçirməlisinin zəruriliyi bildirilmişdir. Həmçinin 2021-ci ildə bələdiyyələr tərəfindən yol verilmiş nöqsan və çatışmazlıqlar, eləcə də vergilərin yığılmasının qeyri-qənaətbəxş olması, hesabatların vaxtlı-vaxtında verilməsi, bələdiyyə torpaqlarının qanunsuz istifadəsinə qarşı ciddi və əsaslı tədbirlərin görülməməsi bildirilmiş, eyni zamanda bələdiyyələrin qarşısına çıxan çətinliklər və anlaşılmazlıqlar barədə istənilən vaxt Regional idarəyə müraciət edə biləcəkləri sədrlərin nəzərinə çatdırılmışdır.
Daha sonra i.Orucov və digər əməkdaşlar gündəlikdə duran Bələdiyyələrlə iş mərkəzinin müəyyən etdiyi (Yerli büdcənin icrası barədə illik hesabatların hazırlanması, təsdiqi və yerli əhaliyə çatdırılması üçün mövcud vasitələrdən, o cümlədən iKT-nin imkanlarından səmərəli istifadə olunması; Bələdiyyə aktlarının inzibati nəzarəti həyata keçirən orqana “Bələdiyyələrlə iş portalı” vasitəsilə göndərilməsinin əhəmiyyəti; insan hüquq və azadlıqlarının əsas prinsipləri, gender bərabərliyi və “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” ilə bələdiyyələrin üzərinə qoyulmuş vəzifələr; “Bələdiyyələr barədə məlumat əldə edilməsi” elektron xidmətinin məlumat bazasının dolğunluğunun təmin edilməsi sahəsində bələdiyyələrin vəzifələri; Bələdiyyələr tərəfindən statistik hesabatların hazırlanması və təqdim olunması ilə bağlı qanunvericiliyin tələbləri; Bələdiyyələr tərəfindən statistik hesabatların hazırlanması və təqdim olunması; Bələdiyyələrdə ictimai şuraların yaradılması ilə bağlı qanunvericiliyin tələbləri; Yerli büdcə gəlirlərinin artırılması istiqamətində qanunvericiliklə müəyyənləşdirilmiş mənbələrdən istifadə imkanlarının təkmilləşdirilməsi; Bələdiyyələrdə kargüzarlıq və arxiv işinin aparılması qaydaları və bu zaman dövlət dilinin normalarına əməl olunması) seminar mövzularının bu gün üçün aktual mövzular olduğu və hər bir bələdiyyə üzvünün bu gün həmin mövzularla bağlı müəyyən fikirlərə sahib olacağı qeyd olunmuşdur. Seminar mövzuları bələdiyyə üzvüləri ilə müzakirələr formatında aparılmış və yaranmış suallar yerindəcə cavablandırılmışdır.
Bundan sonra Beyləqan icra və probasiya şöbəsinin rəhbərliyi bələdiyyələrin tərtib edəcəyi inzibati aktlarla bağlı qanunvericiliyin tələbi və icrası prosesi ilə bağlı çıxış etmiş, natamam olan fikirlərə aydınlıq gətirilmişdir.
Sonda bələdiyyə üzvlərinin sualları cavablandırılmış və bələdiyyə işinin daha təkmil qurulması ilə bağlı təkliflərin nəzərə alınacağı bildirilmişdir.
imişli regional ədliyyə idarəsi
|
|
|
|