"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

imişli regional ədliyyə idarəsi hesabat verir

--2018-02-17 / 19:03

imişli regional ədliyyə idarəsində 2017-ci il ərzində görülmüş işlər barədə              

                                                           H E S A B A T

 1.1 Bələdiyyələrə inzibati nəzarət üzrə:

 2017-ci il ərzində inzibati nəzarət qaydasında 6 araşdırma aparılmışdır.

imişli rayonunun Yuxarı Qaralar bələdiyyəsində Soltanmuradlı kənd sakini Cəfərov Hüsən şiravani oğlu və Abdullayev Qədim Kətta oğlunun kollektiv müraciəti əsasında idarə tərəfindən araşdırma zamanı cinayət əlamətləri aşkar olunmamış, bələdiyyəyə tövsiyə göndərilmişdir.

imişli rayonunun Qaradonlu bələdiyyəsində Çahar kənd sakini Musayev Fərahim ibrahim oğlunun müraciəti əsasında idarə tərəfindən aparılmış araşdırma zamanı cinayət əlamətləri aşkar olunmamış, bələdiyyəyə tövsiyə göndərilmişdir.

Biləsuvar rayonunun Aşağı Cürəli-Muğan bələdiyyəsində Aşağı Cürəli kənd sakini Dadaşov əyyub Eldar oğlunun müraciəti əsasında idarə tərəfindən araşdırma aparılmış, araşdırma zamanı cinayət əlamətləri olan faktlar aşkar olunmamış, bələdiyyəyə tövsiyə göndərilmişdir.

 

2017-ci il ərzində idarəyə 4624 bələdiyyə aktı daxil olmuşdur. 4509 akt işə alınmış, 101 akt idarənin təklifi əsasında bələdiyyələr tərəfindən ləğv edilmiş, 13 akt idarənin təklifi əsasında bələdiyyələr tərəfindən dəyişdirilmiş, təklif əsasında 1 akt baxılmaqdadır. Bələdiyyələrə aktlarla bağlı 73 tövsiyə göndərilmişdir. 67 tövsiyə aidiyyəti bələdiyyələr tərəfindən müzakirə edilmiş, 6 tövsiyə isə baxılmaqdadır.                                  

Ləğv edilən qanunsuz qərarlar nəticəsində mülkiyyətə verilməsi üzrə 13,3 ha, icarəyə verilməsi üzrə 170,5 ha torpaq sahəsi bələdiyyələrin mülkiyyətinə qaytarılmışdır.

Mütləq təqdim edilməli olan bələdiyyə aktlarının surətlərini vaxtında təqdim etmədiklərinə görə 9 bələdiyyə sədri barəsində Azərbaycan Respublikası iXM-nin 549.2 maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək tədbir görülməsi üçün müvafiq məhkəmələrə göndərilmiş və məhkəmə tərəfindən 5 bələdiyyə sədri barədə məhkəmə tərəfindən qərar çıxarılıb. il ərzində təkrar inzibati xəta protokolu tərtib edilməmişdir.

2017-ci il ərzində idarəyə prokurorluq orqanından təqdimat, məhkəmələrdən xüsusi qərardad daxil olmamışdır.            

                                       1.2 Bələdiyyələrə metodoloji yardım üzrə                                      

 Hesabat dövrü ərzində idarə tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodik kömək göstərilməsi məqsədilə 10 seminar müşavirə keçirilmişdir. Seminarların mövzusu Bələdiyyələrlə iş mərkəzinin təklif etdiyi mövzuların sırasından seçilmişdir. Seminarlarda ümumilikdə 586 nəfər bələdiyyə nümayəndəsi iştirak etmişdir.

Belə ki, imişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 2017-ci ilin I yarımili ərzində - 10.02.2017-ci il tarixdə imişli şəhərində idarənin inzibati binasında 58 nəfər bələdiyyə nümayəndəsinin, 17.02.2017-ci il tarixdə Beyləqan şəhərində Mədəniyyət sarayında 74 nəfər bələdiyyə nümayəndəsinin, 14.02.2017-ci il tarixdə Saatlı şəhərində Gənclər mərkəzində 72 nəfər bələdiyyə nümayəndəsinin, 24.02.2017-ci il tarixdə Biləsuvar şəhərində Heydər əliyev adına Mərkəzdə 46 nəfər bələdiyyə nümayəndəsinin, 28.02.2017-ci il tarixdə Horadiz şəhərində Heydər əliyev adına Mərkəzdə 52 nəfər bələdiyyə nümayəndəsinin iştirakı ilə

         1. ”Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn vəzifələr

           2. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər

  1. Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili

           4. Yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri

           5. Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi

           mövzularında bələdiyyə nümayəndələri üçün seminar-müşavirələr keçirilmişdir.

Seminar-müşavirələr barəsində müvafiq olaraq rayon qəzetlərində və Azər TAc-ın saytında ətraflı məlumatlar verilmişdir. Məlumatlar həmçinin ədliyyə Nazirliyinin mətbuat xidmətinə göndərilmişdir.          

Bundan başqa imişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 2017-ci ilin II yarımili ərzində - 05.10.2017-ci il tarixdə Beyləqan şəhərində Gənclər mərkəzində 74 nəfər bələdiyyə nümayəndəsinin, 13.10.2017-ci il tarixdə Saatlı payon icra hakimiyyətinin akt zalında 68 nəfər bələdiyyə nümayəndəsinin, 12.10.2017-ci il tarixdə Biləsuvar şəhərində Heydər əliyev adına Mərkəzdə 42 nəfər bələdiyyə nümayəndəsinin, 06.10.2017-ci il tarixdə Horadiz şəhərində Heydər əliyev adına Mərkəzdə 32 nəfər bələdiyyə nümayəndəsinin, 14.12.2017-ci il tarixdə imişli şəhərində idarənin inzibati binasında 54 nəfər bələdiyyə nümayəndəsinin iştirakı ilə

           - Bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir

          - Bələdiyyə aktlarının qəbulu və icrası

         - Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili

         - Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət

         - Bələdiyyə qulluğu, bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri

          - Nağdsız hesablaşmalar və onların məqsədi

           - Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri mövzularında bələdiyyə nümayəndələri üçün seminar-müşavirələr keçirilmişdir.

imişli şəhərində keçirilən seminar-müşavirədə ədliyyə Akademiyasının 3 məsul əməkdaşı iştirak etmişdir.

 Seminar-müşavirələr barəsində müvafiq olaraq rayon qəzetlərində və Azər TAc-ın saytında ətraflı məlumatlar verilmişdir. Məlumatlar həmçinin ədliyyə Nazirliyinin mətbuat xidmətinə göndərilmişdir. Bələdiyyələrin fəaliyyəti ilə bağlı iclaslarda şöbə əməkdaşlarının 26 çıxışı olmuşdur.

Hakim Məmmədov

imişli regional ədliyyə idarəsi

ŞƏRHLƏR