ədliyyə Nazirliyinin imişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 25.09.2019-cu il tarixdə Füzuli rayonu, Horadiz şəhərində Füzuli rayonu üzrə bələdiyyə sədrləri və qulluqçuları üçün seminar keçirilmişdir.
Seminarı giriş sözü ilə açan imişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə iş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
Daha sonra Hakim Məmmədov və imişli regional ədliyyə idarəsinin əməkdaşı Ruslan ismayılov “Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri”, “Yerli büdcənin tərtibi, qəbulu və icrası”, “Arxiv işinin qanunvericiliyin tələblərinə uyğun təşkili”, “Stratej yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, “Sahibkarlığın inkişafında və əhalinin məşğulluğunun təmin olunmasında bələdiyyələrin iştirakı” və “Bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın və arxiv işinin təşkili” mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.
Seminarda imişli regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Sonda imişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov seminar müşavirəyə yekun vuraraq qarşıda duran vəzifələri bələdiyyə nümayəndələrinin diqqətinə çatdırıb.
imişli regional ədliyyə idarəsi
|
|
|