"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

imişli regional ədliyyə idarəsi Horadizdə bələdiyyə nümayəndələri üçün seminar keçirilib

--2018-03-07 / 19:19

ədliyyə Nazirliyinin imişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 07.03.2018-ci il tarixdə Horadiz şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib. Bu barədə imişli regional ədliyyə idarəsi yayıb.

Seminarda çıxış edən imişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə iş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

imişli regional ədliyyə idarəsinin əməkdaşları ilkin Savalan və Ruslan ismayılov “Bələdiyyə üzvüləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunması yerli özünüidarənin rolunu gücləndirir”, ”Bələdiyyə aktlarının qəbulu və icrası”, “Bələdiyyələrdə vergi işinin səmərəliyinin artırılması”, “Nağdsız hesablaşmalar və onların məqsədi”, “Bələdiyyə torpaqlarının idarə olunmasının əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri” mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Seminarda imişli regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Belediyye.info

ŞƏRHLƏR