"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

imişli regional ədliyyə idarəsi insan hüquq və azadlıqları mövzusunda tədbir keçirib

--2017-06-09 / 11:59

ədliyyə Nazirliyinin imişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə idarənin əməkdaşlarının, region üzrə yerli ədliyyə qurumlarının əməkdaşlarının və bələdiyyə nümayəndələrinin iştirakı ilə insan hüquq və azadlıqları mövzusunda tədbir keçirilib.

Bu barədə Beeldiyye.infoya  məlumat imişli regional ədliyyə idarəsindən daxil olub

Tədbiri giriş sözü ilə açan idarənin rəisi Hakim Məmmədov Ümummilli liderimiz Heydər əliyev tərəfindən 1998-ci ilin iyunun 18-də Azərbaycan Respublikasında ilk “insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı”nın təsdiq edildiyini və insan hüquqlarının təmin olunmasının dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyən edildiyini, möhtərəm Prezident ilham əliyevin Azərbaycan Respublikasında “insan hüquqları günü”nün təsis edilməsi haqqında 18 iyun 2007-ci il tarixli, 2231 nömrəli Sərəncamı ilə hər il iyunun 18-nin Azərbaycan Respublikasında “insan hüquqları günü” kimi qeyd edildiyini, Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliyinin artırılması, cəmiyyətdə hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiəsi sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsi məqsədi ilə təsdiq edildiyini bildirib.

Hakim Məmmədov daha sonra bildirdi ki, multikulturalizm və tolerantlığın tarixən azərbaycanlıların həyat tərzi olmuş, bu gün isə milli kimliyindən, dilindən, dinindən asılı olmayaraq Azərbaycan Dövlətinin hər bir vətəndaşının gündəlik həyat tərzinə çevrilmiş, Azərbaycan xalıqının zəngin multikultural keçmişi təkcə xalqımızın bu günkü tolerant yaşam tərzi ilə deyil, həm də yaratmış olduğu ədəbi-bədii, elmi-fəlsəfi, siyasi-hüquqi qaynaqlarda, sənədlərdə yaşayır.

imişli regional ədliyyə idarəsinin əməkdaşı ilkin Savalan multikulturalizm haqqında tədbir iştirakçılarına ümumi məlumat vermişdir.

Tədbir iştirakçıları Saatlı rayon icra şöbəsinin rəisi Aydın ismayılov, Füzuli rayon icra şöbəsinin icra məmuru Həkimi Atakişiyev, imişli qeydiyyat şöbəsinin rəisi Səfa Baxış, imişli rayon icra şöbəsinin icra məmuru ilqar Quliyev və imişli rayonu Məzrəli bələdiyyəsinin sədri Babək Kazımov mövzu ətrafında öz mülahizələrini bildiriblər.

Belediyye.info

 

 

ŞƏRHLƏR