"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

imişli regional ədliyyə idarəsi növbəti maarifləndirici tədbir keçirib

--2017-12-12 / 15:44

ədliyyə Nazirliyinin imişli regional ədliyyə idarəsinin və ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə 12.12.2017-ci il tarixdə imişli regional ədliyyə idarəsinin inzibati binasında imişli rayonu üzrə bələdiyyə sədrləri və qulluqçuları üçün təlim keçirilmişdir.

Təlimdə ədliyyə Akademiyasının əməkdaşları Mətanət əsgərova, Qabil Məmmədov və Samir Nuriyev iştirak etmişlər. Bu barədə məlumatı imişli regional ədliyyə idarəsi yayıb.

əvvəlcə təlim iştirakçıları tərəfindən Ulu Öndərin anım günü münasibətilə xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təlimi giriş sözü ilə açan imişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə iş mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

imişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov və ədliyyə Akademiyasının əməkdaşları Mətanət əsgərova, Qabil Məmmədov və Samir Nuriyev “Bələdiyyə qulluğu, bələdiyyə qulluğuna qəbulun xüsusiyyətləri və bələdiyyə qulluqçularının etik davranış qaydaları”, “Bələdiyyə aktlarının qəbulu və icrası”, “Bələdiyyələrdə və bələdiyyə müəsissələrində kargüzarlığın təşkili”, “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət”, “Yerli (bələdiyyə) vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri” və “Bələdiyyə torpaqlarının idarə edilməsinin əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri” barədə təlim iştirakçılarına ətraflı məlumatlar veriblər.

Təlimdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

 

Belediyye.info

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏRHLƏR