"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

imişli regional ədliyyə idarəsi növbəti seminar keçirib

--2019-06-12 / 17:49

ədliyyə Nazirliyinin imişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 12.06.2019-cu il tarixdə Saatlı şəhərində Saatlı rayonu üzrə bələdiyyə sədrləri və qulluqçuları üçün seminar keçirilmişdir.

Seminarı giriş sözü ilə açan imişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə iş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

imişli regional ədliyyə idarəsinin əməkdaşları ilkin Savalan və Vəli Nuriyev “Yerli özünüidarəetmədə etik davranış”, “Dövlət büdcəsindən subvensiya alınması üçün layihələrin hazırlanması”, ”Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı”, “Bələdiyyə torpaqlarının mühafizəsi”, “Bələdiyyə torpaqlarının idarə edilməsində qanunçuluğun təmin edilməsi” və “Qəbiristanlıqların saxlanılması, idarə olunması, abadlaşdırılması, köçürülməsi sahəsində bələdiyyələrin hüquq və vəzifələri” mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Seminarda imişli regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda imişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov seminar müşavirəyə yekun vuraraq qarşıda duran vəzifələri bələdiyyə nümayəndələrinin diqqətinə çatdırıb.

 ədliyyə Nazirliyinin imişli regional ədliyyə idarəsi

ŞƏRHLƏR