"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

imişli regional ədliyyə idarəsi seminar keçirib

--2017-05-16 / 07:00

ədliyyə Nazirliyinin imişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə  regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına aid olan rayonların bələdiyyə qurumlarının mühasibləri üçün seminar keçirilib. Bu barədə məlumat adıçəkilən qurumdan daxil olub.

Seminarda ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin məsul işçisi Səfa Cəfərov və cəlb edilmiş maliyyəçi mütəxəssis Zöhrab Fərəcov iştirak ediblər.

Seminarı giriş sözü ilə açan imişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə iş mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

Bələdiyyələrlə iş mərkəzinin əməkdaşı Səfa Cəfərov və maliyyə məsələri üzrə  mütəxəssis Zöhrab Fərəcov müvafiq olaraq “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn vəzifələr və “Bələdiyyələrdə vergi işinin səmərəliliyinin artırılması” barədə seminar iştirakçılarına ətraflı məlumatlar veriblər.

Seminarda bələdiyyə qulluqçularını maraqlandıran suallar cavablandırılıb.

Belediyye.info

 

 

ŞƏRHLƏR