"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

imişli regional ədliyyə idarəsi seminar keçirib

--2018-08-29 / 16:08

ədliyyə Nazirliyinin imişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 29.08.2018-ci il tarixdə Saatlı şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib. Bu barədə məlumatı imişli regional ədliyyə idarəsi yayıb.

Seminarda çıxış edən imişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə iş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

imişli regional ədliyyə idarəsinin əməkdaşları ilkin Savalan və Ruslan ismayılov “Yerli özünüidarəetmədə etik davranış”, “Bələdiyyə qulluğuna qəbul prosesində şəffaflığın təmin edilməsi”, ”Bələdiyyə aktlarının qəbulu və icrası”, “Yerli vergi borcunun ödənilmə qaydası”, “Bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi”, “Bələdiyyə torpaqlarının qiymətləndirilməsi” və “Strateji yol xəritəsinin icrasında bələdiyyələrin iştirakı” mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Seminarda imişli regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Sonda imişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov seminar müşavirəyə yekun vuraraq qarşıda duran vəzifələri bələdiyyə nümayəndələrinin diqqətinə çatdırıb.

Belediyye.info

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏRHLƏR