"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

imişli regional ədliyyə idarəsi seminar təşkil edib

--2017-02-28 / 15:21

 ədliyyə Nazirliyinin imişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə 28.02.2017-ci il tarixdə Füzuli rayonunun Horadiz şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib. Bu barədə Belediyye.infoya  məlumat imişli regional ədliyyə idarəsindən daxil olub.

Seminarda çıxış edən imişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə iş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

imişli regional ədliyyə idarəsinin əməkdaşları ilkin Savalan və Ruslan ismayılov “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn vəzifələr, ”Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, yerli vergilərin və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Seminarda imişli regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Belediyye.info

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ŞƏRHLƏR