ədliyyə Nazirliyinin imişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə oktyabrın 13-də Beyləqanda bələdiyyə nümayəndələri üçün seminar keçirilib.
imişli regional ədliyyə idarəsindən bildiriblər ki, seminarda çıxış edən idarənin rəisi Hakim Məmmədov ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə iş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
Hakim Məmmədov və idarənin əməkdaşı Ruslan ismayılov seminar iştirakçılarına bələdiyyə üzvləri və qulluqçuları tərəfindən etik davranış qaydalarına əməl olunmasının yerli özünüidarənin rolunu gücləndirməsi, bələdiyyə aktlarının qəbulu və icrası, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət, nağdsız hesablaşmalar və onların məqsədi, bələdiyyə qulluğu və bu qulluğa qəbulun xüsusiyyətləri, bələdiyyə torpaqlarının idarə olunmasının əsasları, bələdiyyə torpaqlarının istifadəsinə və mühafizəsinə nəzarətin xüsusiyyətləri mövzularında ətraflı məlumat veriblər.
Seminarda imişli regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.