imişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə Saatlı rayonu Gənclər Mərkəzində Regional idarənin rəisi isgəndər Orucovun, idarə əməkdaşının, habelə Saatlı icra və probasiya şöbəsinin rəisi Araz Hüseynovun və Saatlı rayonu üzrə 30 nəfər bələdiyyə üzvünun iştirakı ilə pandemiya qaydalarına uyğun olaraq bələdiyyələrin mariflandirilməsi istiqamətində növbəti seminar tədbiri keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Regional idarənin rəisi i.Orucov çıxış edərək bildirdi ki, təşkil olunmuş iclasın pandemiya qaydalarına uyğun keçirilməsi diqqətdə saxlanılmışdır. ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab ilham əliyevin 5 yanvar 2022-ci il tarixli sərəncamı ilə 2022-ci il “şuşa ili” elan edilməsi ilə bağlı məsələyə toxunulmuşdur. Sərəncamdan irəli gələrək bu məsələnin bələdiyyə iclaslarında müzakirə edilməsi və sakinlər arasında bununla bağlı tədbirlərin keçirməlisinin zəruriliyi bildirilmişdir. Həmçinin bələdiyyələr tərəfindən əvvəlki illərdə yol verilmiş nöqsan və çatışmazlıqlar, eləcə də vergilərin yığılmasının qeyri-qənaətbəxş olması, hesabatların vaxtlı-vaxtında verilməsi, bələdiyyə torpaqlarının qanunsuz istifadəsinə qarşı ciddi və əsaslı tədbirlərin görülmədiyi bildirilmiş, eyni zamanda bələdiyyələrin qarşısına çıxan çətinliklər və anlaşılmazlıqlar barədə istənilən vaxt Regional idarəyə müraciət edə biləcəkləri tədbirdə iştirakçılarının nəzərinə çatdırılmışdır.
Daha sonra idarənin rəisi və digər əməkdaşlar gündəlikdə duran seminar mövzularının (Yerli büdcənin icrası barədə illik hesabatların hazırlanması, təsdiqi və yerli əhaliyə çatdırılması üçün mövcud vasitələrdən, o cümlədən iKT-nin imkanlarından səmərəli istifadə olunması; Bələdiyyə aktlarının inzibati nəzarəti həyata keçirən orqana “Bələdiyyələrlə iş portalı” vasitəsilə göndərilməsinin əhəmiyyəti; insan hüquq və azadlıqlarının əsas prinsipləri, gender bərabərliyi və “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” ilə bələdiyyələrin üzərinə qoyulmuş vəzifələr; “Bələdiyyələr barədə məlumat əldə edilməsi” elektron xidmətinin məlumat bazasının dolğunluğunun təmin edilməsi sahəsində bələdiyyələrin vəzifələri; Bələdiyyələr tərəfindən statistik hesabatların hazırlanması və təqdim olunması ilə bağlı qanunvericiliyin tələbləri; Bələdiyyələr tərəfindən statistik hesabatların hazırlanması və təqdim olunması; Bələdiyyələrdə ictimai şuraların yaradılması ilə bağlı qanunvericiliyin tələbləri; Yerli büdcə gəlirlərinin artırılması istiqamətində qanunvericiliklə müəyyənləşdirilmiş mənbələrdən istifadə imkanlarının təkmilləşdirilməsi; Bələdiyyələrdə kargüzarlıq və arxiv işinin aparılması qaydaları və bu zaman dövlət dilinin normalarına əməl olunması) bu gün üçün aktual mövzular olduğunu və hər bir bələdiyyə üzvünün həmin mövzularla bağlı müəyyən fikirlərə sahib olacağını qeyd etmişlər. Seminar mövzuları bələdiyyə üzvüləri ilə müzakirələr formatında aparılmış və yaranmış suallar yerindəcə cavablandırılmışdır.
Bundan sonra Saatlı icra və probasiya şöbəsinin rəisi icraatlıranda bələdiyyələrin borclu olduğu icra işlərinin vaxtında icra olunmasının zəruriliyi bələdiyyə üzvlərinin diqqətinə çatdırmış, habelə bələdiyyələrin tərtib edəcəyi inzibati aktlarla bağlı qanunvericiliyin tələbi və icrası prosesinə dair fikirlərini bildirmişdir.
Sonda bələdiyyə üzvlərinin sualları cavablandırılmış və bələdiyyə işinin daha təkmil qurulması ilə bağlı təkliflərin nəzərə alınacağı bildirilmişdir.
imişli regional ədliyyə idarəsi
|
|
|
|