ədliyyə Nazirliyinin imişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə fevralın 24-də Biləsuvar şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib.
əvvəlcə seminar iştirakçıları tərəfindən Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
idarədən AZəRTAC-a bildiriblər ki, seminarda çıxış edən imişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə iş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
imişli regional ədliyyə idarəsinin əməkdaşları ilkin Savalan və Ruslan ismayılov “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn vəzifələr, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, yerli vergilərin və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.
Seminarda imişli regional ədliyyə idarəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.