ədliyyə Nazirliyinin imişli regional ədliyyə şöbəsinin təşkilatçılığı ilə avqustun 18-də Saatlıda bələdiyyə nümayəndələri üçün seminar keçirilib.
Seminarda çıxış edən imişli regional ədliyyə şöbəsinin rəisi Hakim Məmmədov ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə iş Mərkəzi və regional ədliyyə şöbələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
imişli regional ədliyyə şöbəsindən AZəRTAC-a bildiriblər ki, tədbirdə bu qurumun əməkdaşları ilkin Savalan və Ruslan ismayılov torpaq qanunvericiliyinin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Cinayət Məcəlləsinə və inzibati Xətalar Məcəlləsinə əlavə olunmuş məsuliyyəti artıran yeni normaların tətbiqi, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili (“Dövlət və bələdiyyə orqanlarında, dövlət və bələdiyyə mülkiyyətində olan və ya payların (səhmlərin) nəzarət zərfi dövlətə və bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”), bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluq, yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.
Seminarda imişli regional ədliyyə şöbəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.