imişli regional ədliyyə idarəsi və imişli rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı əsasında A. Allahverdiyev adına imişli rayon Qaralar kənd tam orta məktəbdə yuxarı sinif şagirdləri üçün idarənin əməkdaşları ilkin Savalan və Ruslan ismayılovun iştirakı ilə Azərbaycan ədliyyəsinin 100 illik yubileyi ilə bağlı növbəti maarifləndirmə kursu keçirilmişdir. Tədbirdə məktəbin direktoru Bikə Məmmədova və şagird heyəti iştirak etmişdir.
Tədbiri giriş sözü ilə açan imişli regional ədliyyə idarəsinin aparıcı məsləhətçisi i.Savalan bildirdi ki, bu tədbirin orta məktəbdə müəllim və şagird kollektivi ilə keçirilməsi heç də təsadüfü deyildir. Belə ki, ədliyyə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən islahatlar çərçivəsində nazirliyin fəaliyyət istiqamətləri genişləndirilmiş, o cümlədən yerlərdə ədliyyə orqanlarının fəaliyyətinin əlaqələndirilməsi, onlara nəzarətin gücləndirilməsi, əhalinin bu qurumlara müraciət etmək imkanlarının asanlaşdırılması, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəsinin artırılması üçün möhtərəm prezident ilham əliyevin “ədliyyə orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı il tarixli, 446 nömrəli Fərmanı ilə Regional ədliyyə şöbələri yaradılmışdır. 22 noyabr 2018-ci il tarixdə Azərbaycan ədliyyəsinin 100 ili tamam olur. Hər il olduğu kimi bu ildə ədliyyə işçiləri öz peşə bayramlarını çox böyük coşqu ilə qeyd edəcəklər.
Sonra idarənin aparıcı məsləhətçisi R.ismayılov Azərbaycan ədliyyəsinin bu günə kimi keçdiyi keşməkeşli tarixi ilə bağlı, həmçinin ədliyyə sahəsində göstərilən elektron xidmətlər barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir.
Sonda şagirdlər Ləman əliyeva, Gülü əliyeva, Lalə əhmədova, Kübra Astanova, Murad Rüstəmli və digərlərini maraqlandıran suallar cavablandırılıb.
imişli regional ədliyyə idarəsi