ədliyyə Nazirliyinin imişli regional ədliyyə şöbəsinin təşkilatçılığı ilə imişli şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib.
AZəRTAC xəbər verir ki, seminarda çıxış edən imişli regional ədliyyə şöbəsinin rəisi Hakim Məmmədov ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə iş Mərkəzi və regional ədliyyə şöbələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
imişli regional ədliyyə şöbəsinin əməkdaşları Fəxrəddin ibadullayev və ilkin Savalan “şəffaflığın artırılması və korrupsiya hüquqpozmalarının qarşısının alınması”, “Arxiv işinin qanunvericiliyin tələblərinə uyğun təşkili”, “Torpaq qanunvericiliyinin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Cinayət Məcəlləsinə və inzibati Xətalar Məcəlləsinə əlavə olunmuş məsuliyyəti artıran yeni normaların əhəmiyyəti” mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.
Seminarda imişli regional ədliyyə şöbəsinin əməkdaşları tərəfindən iştirakçıları maraqlandıran suallar cavablandırılıb.