ədliyyə Nazirliyinin imişli regional ədliyyə şöbəsinin təşkilatçılığı ilə imişli şəhərində bələdiyyə nümayəndələri üçün seminar keçirilib.
Seminarda çıxış edən imişli regional ədliyyə şöbəsinin rəisi Hakim Məmmədov ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, nazirliyin Bələdiyyələrlə iş Mərkəzi və regional ədliyyə şöbələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki köməklik göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.
imişli regional ədliyyə şöbəsinin əməkdaşları ilkin Savalan və Ruslan ismayılov torpaq qanunvericiliyinin pozulması hallarına qarşı mübarizənin gücləndirilməsi məqsədi ilə Cinayət Məcəlləsinə və inzibati Xətalar Məcəlləsinə əlavə olunmuş məsuliyyəti artıran yeni normaların tətbiqi, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununda yeniliklər və tələblər, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluq, yerli vergi və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.
Seminarda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
http://azertag.az/xeber/981528