"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

imişlidə bələdiyyələr maarifləndirilir

--2017-02-11 / 03:40

Fevralın 10-da ədliyyə Nazirliyinin imişli regional ədliyyə idarəsinin təşkilatçılığı ilə imişlidə bələdiyyə nümayəndələri üçün seminar keçirilib.

Bu barədə AZəRTAC-a imişli regional ədliyyə idarəsindən məlumat verilib.

Seminarda çıxış edən imişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov bələdiyyələrin inkişafı ilə bağlı ədliyyə Nazirliyinin həyata keçirdiyi tədbirlər, nazirliyin Bələdiyyələrlə iş Mərkəzi və regional ədliyyə idarələri tərəfindən bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi, onlara metodiki kömək göstərilməsi və fəaliyyətlərinə inzibati nəzarət sahəsində görülən işlər barədə məlumat verib, qarşıda duran vəzifələrdən danışıb.

imişli regional ədliyyə idarəsinin əməkdaşları ilkin Savalan və Ruslan ismayılov “Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında” Qanundan irəli gələn vəzifələr, “Vətəndaşların müraciətləri haqqında” Qanununda yeniliklər və tələblər, bələdiyyələrdə və bələdiyyə müəssisələrində kargüzarlığın təşkili, yerli vergilərin və ödənişlərin yığılmasında bələdiyyələrin hüquq və vəzifələri, bələdiyyə torpaqlarının idarə olunmasında qanunçuluğun təmin edilməsi mövzularında seminar iştirakçılarına ətraflı məlumat veriblər.

idarənin əməkdaşları seminar iştirakçılarının suallarını cavablandırıblar.

http://azertag.az/xeber/1034097

ŞƏRHLƏR