imişlidəki Heydər əliyev Mərkəzində “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının icrası ilə əlaqədar maarifləndirici tədbir keçirilib.
AZəRTAC xəbər verir ki, tədbirdə çıxış edən imişli Rayon icra Hakimiyyətinin başçısı Vilyam Hacıyev torpaqların elektron kadastr uçotunun aparılması ilə bağlı qarşıda duran vəzifələrdən danışıb.
Kadastr və Ünvan Reystr Xidmətinin Yer quruluşu torpaq kadastrı və torpaq monitorinq şöbəsinin müdiri əliqulu Cabbarov torpaqların elektron uçotunun aparılması işləri ilə əlaqədar respublikada həyata keçirilən layihələr barədə məlumat verib. şöbə müdiri çıxışında şəki şəhər ərazisinin elektron xəritəsini hazırladıqlarını və torpaqların elektron xəritəyə köçürülməsi işlərinin imişli rayonun ərazisində də davam etdiriləcəyini bildirib.
Tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.