01 fevral 2018-ci il tarixdə imişli regional ədliyyə idarəsinin inzibati binasında imişli regional ədliyyə idarəsinin ərazi yurisdiksiyasına daxil olan bələdiyyələrin bələdiyyə üzvləri və qulluqçuları ücün Azərbaycan Respublikası ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi, Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyəti (GiZ) və imişli regional ədliyyə idarəsinin birgə təşkilatçılığı ilə "Bələdiyyə büdcəsinin tərtibində iqtisadi kodların tətbiqi" mövzusunda təlim kecirilib.
Həmçinin həmin təlimdə "Yerli turizmin təşkilində bələdiyyələrin iştirakı" kitabının təqdimatı olub.
Tədbiri giriş sözü ilə açan imişli regional ədliyyə idarəsinin rəisi Hakim Məmmədov bələdiyyə üzvləri və qulluqçularının hüquqi maarifləndirilməsi və onlara metodiki köməklik göstərilməsi istiqamətində keçirilən təlimin bələdiyyələrin gələcək fəaliyyətində əhəmiyyətli rol oynayacağını qeyd edib.
Təlimin proqramına uyğun olaraq Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin cəlb olunmuş eksperti Zöhrab Fərəcov və proqram üzrə təqdimatçı Mehdi Abdullayev iştirakçıları mövzu barəsində ətraflı məlumatlandırıblar. Sonda Almaniya Beynəlxalq əməkdaşlıq Cəmiyyətinin (GiZ) əməkdaşları təlimdə iştirak etmiş bələdiyyə üzvləri və qulluqçularını maraqlandıran suallara geniş və əhatəli cavablar verilib və təqdimatı keçirilmiş kitabın iştirakçılara paylanması təşkil olunub.
Belediyye.info