imişlinin Cəfərli kəndində istifadəyə verilən yeni yem emalı məntəqəsi kənddə aqrar sektorun, o cümlədən heyvandarlığın inkişafına müsbət təsir göstərəcək.
Məntəqənin açılış mərasimində ABş Beynəlxalq inkişaf Agentliyinin (USAID), iqtisadiyyat Nazirliyinin, yerli icra hakimiyyəti orqanlarının, bələdiyyənin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Layihə USAID və Azərbaycan hökuməti tərəfindən birgə maliyyələşdirilib və sosial-iqtisadi inkişaf fəaliyyəti (SEDA) adlı proqram çərçivəsində şərq-Qərb idarəetmə institutu (EWMI) tərəfindən icra olunub. Layihədən 754 ailə faydalana biləcək.
Mərasimdə çıxış edən USAID-in layihələr şöbəsinin əməkdaşı Rayn Rassel bildirib ki, ABş Azərbaycanla tərəfdaşlığa sadiqdir. “Biz birgə işləyərək sabitliyə, demokratik tərəqqiyə və iqtisadi firavanlığa nail ola bilərik. ABş Beynəlxalq inkişaf Agentliyinin əsas məqsədi Azərbaycan vətəndaşlarının problemlərinin həllinə kömək etməkdir”, - deyə o qeyd edib.
Yeni yem emalı məntəqəsi 4 mindən çox sakinə kənd təsərrüfatını, o cümlədən heyvandarlığı inkişaf etdirmək üçün yeni imkanlar açacaq.