"BƏLƏDİYYƏLƏRİN FƏALİYYƏTİNİN TƏBLİĞİ"   İCTİMAİ BİRLİYİ

inanmaq... BəLəDiYYə SəDRi YAZIR

--2017-08-23 / 19:57

Babam məktəb oxumasa da özünə görə savadı vardı. Hər zaman kitab oxuyardı.Dünya ədəbiyyatının tanınmış simalarının kitabları var idi onda. Fəhlə işləyərdi. ən çətin işləri görərdi.ən çətin anlarda belə inamınız olsun deyərdi,inanın deyərdi,Allaha inanın.Gün gələcək hər şey yolunda olacaq deyərdi.

Pensiyaya çıxdıqdan sonra mal-heyvanla başını qarışdırardı. Köçkün düşərkən mal-qoyunu iran yolu ilə keçirdərək imişliyə apardı.Elə imişli rayonununda məcburi köçkün kimi məskunlaşdıq. Ancaq apardığımız mal-qara iqlim şəraitinə uyğunlaşa bilmədi. Qızdırmadan və müxtəlif xəstəliklərdən hamısı tələf oldu. Bir inəyimiz qaldı. Babam onu Bozum deyərdi və çox qeydinə qalırdı,ölməsin deyə.Bozumda xəstələnmiş günü-gündən pisləşirdi.

Bir gün babamın Bozum ilə danışdığını gördüm ağlayaraq səndə getmə deyirdi. Yurdumun havasını səndən alıram deyirdi və ağlayırdı. Yanına getdim,yanında oturdum. Gözünü sildi,gülümsədi heç ağlamırmış kimi özünü göstərməyə çalışdı. Ancaq gec idi özü də bildi ki, görmüşəm. Babam xüsusi qulluq göstərədi mal-qarasına. Dedim baba pis olma başqasını alarıq.

 Mənə baxıb dedi: Məsələ inək almaq deyil. Yurdumuza sahib çıxa bilmədik,evimizi-eşiyimizi qoruya bilmədik. illərlə çəkdiyimiz əziyyətimizi bir neçə günə məhv etdillər. Bozum qalıb yurdumuzu mənə xatırladacaq. Onu otarmağa aparıram. Nə qədər ki, qarşımda onu ghörürəm bir anlıq özümü evimizdə, onu otardığım arxın qırağında, dağın ətəyində hiss edirəm. Bozumda ölsə bu mənə ağır gələcək, dözə bilməyəcəm. Bytar çağrıldı nə edilsə də olmadı. Dedilər kəsin ziyan olmasın. Ancaq nə atamın nə babamın əli gəldi kəsməyə. Və bir gün sabah Bozum ölmüşdü. Babam çox pis olmuşdu. Elə bil ömrü boyu inandığı, hər kəsidə məcbur etdiyi həyat amalı inanmaq onu yarı yolda qoymuşdu. inam sözünü də dilinə gətirməyə qorxurdu elə bil. Ancaq gözlərində hər zaman o inamı görmək olurdu.Qayıdacağıq bu müvəqqətidir.

Ele hey deyirdi Bozum da dözmədi, vətən həsrətinə,bir inək qədərdə olmadıq. Bir gün atam rayon mərkəzinə getmişdi. Qaça-qaça gəldiyini gördük.

Sevincli idi,üzü gülürdü. Soruşmağa imkan vermədi.Ordumuz hücüm edib, Füzulinin bir qismini qaytarıb Horadizdə daxil olmaqla.Yerli sakinlərdə bizə toplaşdı.Hər kəsin üzü gülürdü Babamında. Sonra babam əllərini göyə açıb Allaha təşəkkür etdi,duallarının qəbul olunduğuna görə, inamının boşuna olmadığına görə. Məni öz elimdə,öz evimdə öləcəyəm. Bundan böyük xoşbəxtlik olmaz dedi.

Azad olunduqdan həmən bir neçə ay sonra Babamın təkidi ilə 1995-ci ilin yazında Horadizə köçdük. Nə su, nə işiıq,nə yol nə iriz vardı.Evlərimiz yandırılmış,dağıdılmışdı. Bir gün ağlımıza da gəlməzdi ki, mal heyvan saxladığımız tövləni düzəldib orda yaşayacağıq.

Babam deyərdi heç nəyi yoxdursada ayağmızın altında torpaq var,nəfəs almağa havası var. Öz elində obanda ditdili belə adamı bir ayrı dişləyir,adama ləzzət edir. Hər zaman deyərdi ki, hər şey inanmaqdan başlayır gərək inanasan. Bu gün Horadiz həmin vəziyyətdən çıxıb, gözəlləşib sözün əsl mənasında tanınmaz hala düşüb. Məndə inanmağı öyrəndiyim, babam kimi inanıram. inanıram ki, Füzuliyə də gedəcəyik, şuşayada gedəcəyik. inanmaq lazımdır,inanmaq...

Tural Nəbiyev

Füzuli rayonu Horadiz şəhər bələdiyyəsinin sədri

ŞƏRHLƏR